Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Panama Respublikasına rəsmi səfəri çərçivəsində iki ölkənin Xarici İşlər nazirlikləri arasında ikitərəfli məsləhətləşmələr haqqında Anlaşma Memorandumu imzalanıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Panamanın vitse-prezidenti və xarici işlər naziri İsabel de Sant Malo de Alvarado E.Məmmədyarovla görüşü zamanı bəyan edib ki, Panama Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır.
Ölkəsində əlverişli investisiya mühitinin yaradıldığını deyən İ.Malo Azərbaycanın Panama üçün arzuolunan tərəfdaş olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Panama üçün dövlətlərin ərazi bütövlüyü və suverenliyinin vacib prinsiplərdir.
E.Məmmədyarov Mərkəzi və Cənubi Amerika dövlətləri ilə əlaqələrin hərtərəfli inkişafına mühüm əhəmiyyət verdiyini qeyd edib. O, Azərbaycan və Panama arasında mövcud əməkdaşlığın enerji və sərmayələr də daxil olmaqla, digər sahələrə də sirayət etməsinin vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu sahələrdə əməkdaşlığın hüquqi çərçivəsinin yaradılması üçün müvafiq hökumətlərarası sənədlərin imzalanması və ümumiyyətlə, iki ölkə arasında müqavilə-hüquq bazasının inkişaf etdirilməsi zəruridir.
Elm-təhsil, təlim və digər humanitar sahələrdə əməkdaşlıq üçün əlverişli imkanların olduğunu deyən E.Məmmədyarov ADA Universiteti və Panamanın diplomatik institutu arasında təmasların yaradılmasının səmərəli olacağını qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlara toxunan XİN başçısı Panamanın bu münaqişə ilə əlaqədar beynəlxalq hüququn prinsipləri əsasında tutduğu ədalətli mövqeyinə və Panama parlamenti tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyi təsdiqləyən, eləcə dəXocalı soyqırımını tanıyan qətnamənin qəbuluna görə təşəkkürünü ifadə edib.
Nazir Qarabağ münaqişənin həlli ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə Ermənistanın buna məhəl qoymadığını və münaqişənin həllinə maneələr yaratdığını vurğulayıb.O deyib ki, Ermənistan işğal və təcavüzə əsaslanan mövcud status-kvonu davam etdirmək siyasəti yürüdür, etimad quruculuğu tədbirləri məsələsini siyasi möhtəkirlik obyektinə çevirib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmaları arasında təmasların qurulması kimi praktiki etimad quruculuğu tədbirlərinin nəticələri Ermənistan hakimiyyətinin maraqlarına cavab vermədiyi üçün hər bir vəchlə rəsmi Yerevan buna imkan vermir.
E.Məmmədyarov İ.Malonu Azərbaycana səfərə dəvət edib.
F.İsazadə
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət