Den Radu “Azərkosmos” ASC-nin Satış və Marketinq Departamentinin direktoru vəzifəsinə təyin edilib. Bu barədə cəmiyyətin məlumatında deyilir.
D.Radu “Azərkosmos”un Bakıda yerləşən qərargahında fəaliyyət göstərəcək.
“D.Radu kosmik sahədə yüksək texniki təcrübəyə malik olması və kommersiya sahəsində əldə etdiyi uğurlara görə bu vəzifəyə təyin edilib. Onun müştəri yönümlü olması “Azərkosmos”un dəyərləri ilə tam uyğunluq təşkil edir. Məhz bu keyfiyyət D.Radunun baş kommersiya direktoru vəzifəsinə təyin olunması qərarına təsir edən əsas amil olub” - deyə məlumatda “Azərkosmos”un sədri Rəşad Nəbiyevə istinadən sitat gətirilir.
Məlumatda vurğulanır ki, D.Radu ötən 20 il ərzində peyk sənayesinin liderlərindən olan “Intelsat”, “EMC2” və “Cisco” kimi şirkətlərdə idarəetmə və satış sahəsində geniş təcrübəyə yiyələnib, peyk və media sahəsində ixtisaslaşmış “Deutsche Telekom”, “Discovery Communications” və s. qurumlarda bir çox layihələrin uğurla icrasına öz töhfəsini verib.
“Köhnə nəsil kabel texnologiyaları, müasir peyk və media əməliyyatları sahələrində təcrübəsi olan D.Radu “Azərkosmos”un uzunmüddətli inkişaf strategiyasına istiqamət verəcək və şirkətin satış potensialının artırılmasına dair səlahiyyətləri yerinə yetirəcək”, - deyə məlumatda qeyd olunur.
DTH, media və genişzolaqlı informasiya ötürülməsi üçün nəzərdə tutulmuş tətbiqlərə artan tələbatı nəzərə alaraq,“Azərkosmos” ikinci telekommunikasiya peyki “Azerspace-2” vasitəsilə özünün regional strategiyası və peyk tutum həcmini daha da gücləndirməyi planlaşdırır.
“Bununla belə, D.Radu şirkətin hədəflədiyi yeni regionlarda cəlb olunacaq yeni müştərilərin tələbatlarını daha yaxşı başa düşməkdə “Azərkosmos”a yardımçı olacaq”, - deyə məlumatda qeyd edilir.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. ASC-nin nizamnamə kapitalı 40 mln. manat təşkil edir. Müəssisənin bütün səhmləri dövlətin mülkiyyətindədir. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət