Azərbaycan parlamentinin üzvü, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Rəbiyyət Aslanova “Amnesty International” təşkilatının 2 əməkdaşının ölkədən deportasiya olunmasını düzgün addım hesab edir.
“Söhbət bir çox illər ərzində Azərbaycana və ölkədə baş verən proseslərə qarşı qeyri-obyektiv mövqe tutan şəxslərdən gedir. Onlar düşmənçilik mövqeyini rəhbər tutaraq hökumətin siyasətinə qarşı çıxırlar və burada gördükləri barədə qeyri-obyektiv rəy verəcəkləri öncədən məlumdur. Bu səbəbdən həmin şəxsləri Azərbaycana buraxmırlar”, - deyə R.Aslanova “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Parlament üzvü “Amnesty International”ı qərəzli siyasət yürütməkdə və insan hüquqlarının təminatına xidmət prinsipinə əməl etməməkdə ittiham edir. “Amnesty International” çoxdan simasını itirib, əksər ölkələr təşkilatın hazırkı fəaliyyətindən narazıdırlar və onun işini qeyri-obyektiv hesab edirlər. Məsələ bundadır ki, 1961-ci ildə fəaliyyətə başlayan “Amnesty International” əvvəllər insan haqlarının müdafiə prinsiplərini rəhbər tuturdu, onun yüksək prinsip və məqsədləri var idi, lakin zamanla bu təşkilat ayrı-ayrı qüvvə və qruplaşmaların əlində təsir alətinə çevrildi”, - deyə R.Aslanova qeyd edib.
Ekspert bildirib ki, “Amnesty International” heç zaman Azərbaycanın qaçqın və məcburi köçkünlərinin hüquqlarının pozulması ilə bağlı problemlər qaldırmayıb. “Əgər bu təşkilatda insan haqları, təcavüzün yolverilməzliyi barədə danışırlarsa, niyə “Amnesty International”ın hesabatlarında qaçqınlarımız, məcburi köçkünlərimiz, erməni əsirliyində olan Azərbaycan vətəndaşları barədə bir sətir belə yoxdur?”, - deyə o sual edib.
“Amnesty International” yalnız Azərbaycanı dünya birliyinə insan hüquqlarının pozulduğu ölkə kimi təqdim etmək məqsədilə məlumat axtarışında maraqlıdır.
“Bu gün onların əsas diqqəti gələn ay Azərbaycanda keçiriləcək seçkilərə yönəlib. Onlar iddia edirlər ki, biz hansısa sirləri gizlətməyə çalışırıq və guya buna görə də onları ölkəyə buraxmırıq. Deməliyəm ki, Azərbaycan bütün beynəlxalq təşkilatlara müraciət edərək onların nümayəndələrini parlament seçkilərini müşahidə etməyə dəvət edib. Çünki Azərbaycan hökuməti, vətəndaşlarımız əmindirlər ki, bu seçkilər demokratik şəraitdə keçiriləcək. Və bu cür beynəlxalq təşkilatlar hansı səbəbdən indiyədək dəqiq cavab verməyiblər? Əgər onlar demokratik prosesin inkişafında maraqlıdırlarsa, o zaman bura gəlməlidirlər, dəvətdən imtina üçün səbəblər axtarmamalıdırlar”, - deyə deputat qeyd edib.
R.Aslanova vurğulayıb ki, «Amnesty International” özü “faktları təhrif etməklə və ölkəyə qarşı çıxış etməklə” Azərbaycan vətəndaşlarının hüquqlarını pozur.
Qeyd edək ki, dünən “Amnesty International” məlumat verib ki, təşkilatın 2 əməkdaşının Azərbaycana girişinə icazə verilməyib. Çərşənbə günü səhər Bakıya gəldikdən sonra miqrasiya orqanlarının əməkdaşları onların pasportlarını götürüb, bir neçə saatdan sonra isə deportasiya ediblər.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət