Sofiyada Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Avropada əməkdaşlıq və qonşuluğun yeni görüntüləri ” konfransı keçirilir. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidməti məlumat verib.
DİDK-nın dəstəyi və Bolqarıstan prezidenti Rosen Plevneliyevin himayəsi ilə keçirilən konfransda Avropanın qarşılaşdığı iqtisadi, siyasi və mənəvi problemlər, o cümlədən qaçqın böhranı ilə bağlı məsələlər müzakirə edilir.
Konfransda miqrasiya dalğasının birbaşa təsir göstərdiyi Aİ ölkələrinin rəhbərləri – Bolqarıstan prezidenti Rosen Plevneliyev, Makedoniya prezidenti George İvanov, Bosniya və Herseqovina prezidenti Mladen İvaniç, həmçinin Latviya, Macarıstan, Rumıniya, Serbiya, Albaniya, Moldova, Polşa, Slovakiya, Ukrayna və Belarusun sabiq dövlət və hökumət başçıları iştirak edirlər.
“Biz çox çətin dövrdə yaşayırıq, böhran səviyyəsi rekord həddə çatıb. Dövlətlərin süqutu, dondurulmuş münaqişələr, müharibə, terror Avropanın təhlükəsizliyini təhdid altına alır. Bu təhlükəni hiss edən insanlar siyasətçilərdən böhranın həllinə yönəlmiş konkret fəaliyyət gözləyir”, - deyə R.Plevneliyev bəyan edib.
O, milyonlarla insanın münaqişə bölgəsini tərk etməyə məcbur qaldığını, yüz minlərlə qaçqının Avropaya pənah gətirdiyini və yaşamaq uğrunda mübarizə apardığını, yaranmış vəziyyətin qlobal miqyasda həlledici fəaliyyət tələb etdiyini deyib.
Makedoniya prezidenti G.İvanov bildirib ki, Yaxın Şərqdən qaçqınların axını ilə əlaqədar ölkəsi çox ciddi humanitar fəlakətlə üz-üzədir:
“Bu gün minlərlə qaçqın Makedoniyadan Avropaya daxil olmağa cəhd göstərir. Amma Avropa ölkələri bu qaçqınları qəbul etməkdə maraqlı olmadığından Makedoniya problemin ağırlığını tək daşımalı olur. Biz yaranmış vəziyyətdən çıxış yolu tapılmasında Avropadan daha çox yardım gözləyirik", - deyə prezident bəyan edib.
Latviyanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa, Mərkəzin İdarə Heyətinin üzvü, Bolqarıstanın sabiq dövlət başçısı Petar Stoyanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndiriblər.
Daha sonra konfrans panel iclaslarla işini davam etdirib. Panel müzakirələrdə Polşanın eks-prezidenti Bronislav Komorovskiy, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviç, Moldavının keçmiş prezidenti Pyotr Luçinskiy, Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin, Belarus Ali Sovetinin keçmiş sədri Stanislav Şuşkeviç iştirak edib. Onlar Yaxın Şərqdəki qaçqın böhranı ilə əlaqədar Avropada yaranmış hüquqi, humanitar problemlərin, eləcə də Yunanıstan və digər Balkan ölkələrinin qarşılaşdığı iqtisadi çətinliklərin həll yolları barədə geniş fikir mübadiləsi aparıb, təkliflər irəli sürüblər.
Konfransda Nizami Gəncəvi Beynəlxalq Mərkəzi İdarə Heyətinin üzvü, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov iştirak edir
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət