Çərşənbə axşamı Milli Məclis 2016-cı ilin dövlət büdcəsi layihəsinin müzakirəsinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
“2016-cı ildə dövlət büdcəsinin gəlirlərinin ÜDM-ə nisbəti 28-29% təşkil edir”, - deyə parlamentin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
Onun sözlərinə görə, ötən illər ərzində Azərbaycan gəlirlərin ÜDM-in 33-34%-i səviyyəsində optimal göstəricisinə çatıb. “Lakin nəzərə almaq lazımdır ki, bu nəticə daha çox yüksək neft gəlirləri sayəsində əldə olunub. Bu gün neftin qiymətinin iki dəfə ucuzlaşması və müvafiq olaraq neft gəlirlərinin əhəmiyyətli dərəcədə azalması fonunda biz 28-29%-lik ÜDM göstəricisinə nail olmuşuq ki, bu da yaxşı göstəricidir”, - deyə Z.Səmədzadə bildirib.
O qeyd edib ki, bu göstərici dövlətə sosial öhdəliklərini tam həyata keçirməyə imkan verir.
Parlamentin sədri Oqtay Əsədov isə deyib ki, 2016-cı ildə dövlət büdcəsinin neft amilindən asılılığının azalması tendensiyası qorunub saxlanılacaq. O, əsas diqqəti dövlət büdcəsinə ARDNF-dən transfertlərin həcminin azalmasına yönəldib.
O.Əsədov vurğulayıb ki, 2016-cı ilin dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi yüksək olaraq qalacaq.
Layihəyə əsasən, gələn ilin dövlət büdcəsinin gəlirləri 14 mlrd. 566 mln. manat (2015-ci ilin proqnoz göstəricisi ilə müqayisədə azalma 25,1%), xərcləri 16 mlrd. 264 mln. manat (azalma 22,9%) səviyyəsində proqnozlaşdırılır.
Dövlət büdcəsinin gəlirlərinin strukturunda Vergilər Nazirliyinin xətti ilə daxilolmalar 6 mlrd. 602 mln. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar 1 mlrd. 590 mln. manat səviyyəsində proqnozlaşdırılır.
Bundan başqa, gələn il Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər 6 mlrd. manat səviyyəsində nəzərdə tutulub.
Xərclərin strukturunda ümumdövlət xərcləri 2 mlrd. 416,9 mln. manat səviyyəsində nəzərdə tutulur, müdafiə sahəsinə 1 mlrd. 837,8 mln. manat, təhsil sahəsinə 1 mlrd. 713,5 mln. manat, sosial müdafiə və sosial təminat sahəsinə 1 mlrd. 896,6 mln. manat, səhiyyə sahəsinə 744,9 mln. manat yönəldiləcək..
Bundan əlavə, gələn il üçün dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu 3 mlrd. 554,8 mln. manat, dövlət borcuna xidmət göstərilməsi ilə bağlı xərclər 1 mlrd. 249,8 mln. manat səviyyəsində planlaşdırılıb, qalan göstəricilər digər xərclərin payına düşür.
2016-cı il dövlət büdcəsinin kəsiri 1 mlrd. 698 mln. manat və ya ÜDM-in 2,9%-i səviyyəsində proqnozlaşdırılır.
A.Axundov
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət