“Kuban-Ti” MMC (Krasnodar diyarında fəaliyyət göstərir, “Azersun Holdinq”in tərkibinə daxildir) Krasnodar diyarında istixana kompleksinin tikintisinə və çay fabrikinin genişləndirilməsinə 1,6 mlrd. rubldan çox investisiya qoymağı planlaşdırır. Bu ilin oktyabr ayının əvvəlində Moskvada keçirilmiş “Zolotaya osen” (“Qızıl payız”) beynəlxalq aqrar-sənaye sərgi-yarmarkasında Krasnodar diyarının nümayəndə heyəti ilə Azərbaycanın hökumət və biznes cəmiyyətlərinin nümayəndələri arasında beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunub. Krasnodar diyarının nümayəndə heyətinə regionun qubernatoru Veniamin Kondratyev rəhbərlik edib. “Krasnodar diyarı investisiya cəlbediciliyinə görə Rusiyada liderlərdən biridir. Mövcud iqtisadi şəraitdə xarici şirkətlərin fəaliyyəti üçün əlverişli investisiya mühitinin inkişaf etdirilməsi region hökumətinin qarşısında duran əsas vəzifələrdən biridir”, - deyə V.Kondratyev görüş zamanı bildirib. Onun sözlərinə görə, Krasnodar diyarında xarici şirkətlərin iştirakı ilə 800-ə yaxın müəssisə yaradılıb. Son 3 ildə Kuban iqtisadiyyatına 3,2 mlrd. ABŞ dollarından çox xarici investisiya cəlb edilib. “İnvestisiya layihəsi çərçivəsində 2015-2016-cı illərdə Krasnodar diyarının Beloreçensk rayonunda pomidor yetişdirmək üçün istixana kompleksinin tikintisi planlaşdırılır. Kompleksin layihə gücü ildə 6 min ton pomidor yetişdirməyə imkan verəcək. İnvestisiyaların həcmi 900 mln. rubldur. Azərbaycan şirkətinin nümayəndəsinin sözlərinə görə, bu, şirkət üçün yeni layihədir, çünki istixana tərəvəzçiliyi kənd təsərrüfatının perspektiv sahəsidir və bu sahəyə dövlət dəstəyi ildən-ilə artır. Bundan əlavə, “Azersun Holding” Beloreçensk rayonunda mövcud olan çay paketləmə fabrikinin genişləndirilməsinə 756 mln. rubl həcmində investisiya qoymağı planlaşdırır. Layihə həyata keçirildikdən sonra zavodun illik istehsal gücü mövcud 3,6 min tondan 6 min tona qədər artacaq. “Kuban-Ti” 2010-cu ilin sentyabr ayında Krasnodar diyarında çay fabrikini istismara verib. Bu layihəyə investisiyaların həcmi 360 mln. rubl təşkil edib. “Azersun Holding” – çoxprofilli şirkətdir. Onun tərkibinə kənd təsərrüfatı müəssisələri, ərzaq malları, kağız istehsalı və qablaşdırma üzrə ixtisaslaşmış zavodlar, ticarət şirkətləri daxildir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət