Oktyabrın 28-də "Azərbaycan Hava Yolları" QSC (AZAL) Macarıstanın "WizzAir" şirkəti ilə Budapeşt-Bakı marşrutu ilə müntəzəm uçuşların həyata keçirilməsi haqqında müqavilə imzalayacaq. Bu barədə cümə günü jurnalistlərə AZAL-ın vitse-prezidenti Arif Məmmədov bildirib.
O vurğulayıb ki, "WizzAir" şirkətinə Azərbaycanın Qəbələ rayonuna uçuşlar həyata keçirmək təklif olunmuşdu. Lakin Macarıstan tərəfi Bakı istiqamətində təkid edirdi və nəticədə müvafiq razılıq əldə olundu.
“Biz "WizzAir" şirkətinin təkliflərinin 99%-ini qəbul etdik və Bakıya müntəzəm uçuşların bərpası ilə razılaşdıq. Oktyabrın 27-si şirkətin nümayəndə heyəti Bakıya səfər edəcək və oktyabrın 28-i “WizzAir” ilə onların arzu etdiklər güzəştli şərtlərə əsasən müqavilə imzalanacaq", - deyə A.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, Macarıstan şirkəti 2016-cı ilin mart ayından etibarən Budapeşt-Bakı marşrutu ilə müntəzəm uçuşlar həyata keçirəcək.
“Biz artıq qış mövsümündən etibarən uçuşlara başlamağı təklif etdik, lakin onlar bunu 2016-cı ilin mart ayından etibarən həyata keçirəcəklər. Bundan başqa, mart ayından şirkət Budapeşt-Bakı marşrutu üzrə uçuşları həftədə bir dəfə həyata keçirəcək, yay mövsümündə isə reyslərin sayını həftədə 2 dəfəyə qədər artıracaq. Bundan başqa, biz qış mövsümündə uçuşları dayandırmamağı xahiş etdik, hətta bildirdik ki, əgər uçuşlar dayandırılarsa, o zaman müqavilə ləğv ediləcək və artıq onlara bu cür təkliflər olmayacaq”, - deyə A.Məmmədov vurğulayıb.
Xəbər verildiyi kimi, 2013-cü ilin iyun ayından “WizzAir” şirkəti Budapeşt-Bakı marşrutu ilə birbaşa aviareyslərin həyata keçirilməsinə başlayıb. 2014-cü ilin oktyabr ayında müqavilənin başa çatması ilə əlaqədar şirkət bu marşrutla reysləri dayandırıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət