Azərbaycanın müstəqil siyasəti bəzi xarici dairələri qıcıqlandırır. Milli Məclisin spikeri Oqtay Əsədov bazar ertəsi bir qrup rusiyalı jurnalisti qəbul edərkən belə söyləyib.
“Azərbaycan müstəqil siyasət yürüdür və bu, bir çox xarici dairələr tərəfindən mənfi qarşılanır”, - deyə O.Əsədov bildirib və əlavə edib ki, respublika 125 seçki dairəsində keçiriləcək parlament seçkilərinə hazırlaşır, seçki prosesinin şəffaflığını təmin etmək üçün 1 min seçki məntəqəsində kameralar quraşdırılıb.
O bildirib ki, “bizə həmişə təzyiq göstərilib. Deyirdilər ki, seçicilərin barmağında markirovka olub, bizi təqniq edirdilər, müşahidəçilərin özləri isə hazır protokollarla gəlirdilər”.
O.Əsədov qeyd edib ki, qarşıdan gələn seçkilərlə əlaqədar ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) Azərbaycana 400 müşahidəçi göndərmək niyyətində olub.
“Biz niyə bu qədər çox müşahidəçi göndərildiyini soruşduq, axı 45 milyon əhalisi olan Ukraynaya da 400 nəfər müşahidəçi göndərilmişdi. Daha çox əhalisi olan Türkiyəyə isə cəmi 18 nəfər göndərilmişdi. Onlar cavab verdilər ki, siz bizim şərtlərimizi qəbul etmirsinizsə, biz müşahidəçi göndərməyəcəyik”,- deyə O.Əsədov bildirib.
Spikerin sözlərinə görə, Azərbaycanda parlament seçkilərini 22 beynəlxalq təşkilat müşahidə edəcək, o cümlədən MDB Parlamentlərarası Assambleyası və Dövlət Duması xətti ilə 20 nəfər Azərbaycana gələcək.
“Azərbaycana nə üçün daha çox təzyiq göstərilməyə başlayıb?” sualına cavab verən spiker deyib ki, Bakı Ukraynadakı hadisələrlə əlaqədar olaraq Rusiyaya qarşı sanksiyaları dəstəkləməyib, rəsmi Bakı o zaman bildirdi ki, ilk növbədə belə sanksiyalar 25 ildən çoxdur Azərbaycan ərazilərinin 20%-ni işğal altında saxlayan Ermənistana qarşı tətbiq edilməlidir.
O.Əsədov bildirib ki, Azərbaycanın Avropa parlamenti qarşısında heç bir öhdəliyi yoxdur, lakin buna baxmayaraq, bu orqan iki il ərzində respublikaya qarşı 4 qətnamə qəbul edib, Bakının da iştirakçısı olduğu Avronest isə bununla bağlı susub. Azərbaycana təzyiq aləti kimi insan hüquqları ilə bağlı qətnamələr qəbul edirlər. Bir çox təşkilatlar insan haqları mövzusunu dövlətə təzyiq aləti kimi istifadə edirlər. Əgər (Azərbaycanda - İF-Az) jurnalistlərdən və ya QHT nümayəndələrindən kimisə həbs edirlərsə, onları peşə fəaliyyətinə görə deyil, vergi və digər qanunvericiliyi pozduqlarına görə həbs edirlər. Lakin müəyyən dairələr Azərbaycana təzyiq göstərməyə başlayırlar. Heç kim Qarabağ münaqişəsi nətisəsində məcburi köçkün və qaçqına çevrilmiş insanların hüquqlarına diqqət yetirmir
Sədr Yaxın Şərqdəki vəziyyətlə bağlı bildirib ki, Azərbaycanın müharibələrə münasibəti pisdir. Azərbaycanda radikal və terrorçu qrupların fəaliyyəti tamamilə qadağan edilib.
“Yaxın Şərqdə döyüşən azərbaycanlılar ölkənin hüdudlarından kənarda təsir altına düşürlər. Yaxın Şərqdən döyüşdən qayıdan azərbaycanlılar cinayət məsuliyyətinə cəlb edilir və qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar”,- deyə o vurğulayıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət