Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Milli Nüvə Tədqiqatları Mərkəzi (MNTM) Azərbaycanda nüvə materialları və xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə tədqiqatlara başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Mərkəz tərəfindən Azərbaycan nüvə materialları və xammal ehtiyatlarının qiymətləndirilməsi üzrə çöl-ekspedisiya və analitik tədqiqatlara başlanılıb. Mərkəzin əməkdaşları Xızı və Şamaxı rayonlarının ərazilərində axtarış ekspedisiyaları keçirib və nüvə materiallarının spektrometrik analizi üzrə 300-dən çox nümunə götürülüb”, - deyə nazirlikdən qeyd ediblər.
Həmçinin xatırladıblar ki, MNTM tərəfindən Fransanın “AREVA” şirkəti ilə birlikdə yaradılması nəzərdə tutulan Tədqiqat Nüvə Reaktorunun strateji planı və texniki xarakteristikası hazırlanıb və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin ilkin rəyi alınıb.
“MAQATE-nin ilkin rəyi artıq alınıb. Abşeron rayonunun Qobu qəsəbəsində MNTM üçün ayrılmış 15 hektar sahədə layihənin birinci fazası çərçivəsində ərazi hasarlanıb, yol çəkilib, inzibati və yardımçı binalar tikilib, ətraf ərazilərdə abadlıq işləri görülüb və laboratoriyalar avadanlıqlarla təchiz edilib”, - deyə nazirlikdən qeyd ediblər.
Bundan başqa, QSC ilə “Frekans Teknik Cihazlar LTD” şirkəti arasında nüvə və radioaktiv materialların müasir tələblərə cavab verən analizini həyata keçirməyə imkan verən laboratoriya avadanlıqları alınıb və hazırda həmin avadanlıq mərkəzdə quraşdırılmaqdadır.
Mərkəzin laboratoriyalarında yüksək temperaturlarda materialların xassələrini öyrənməyə imkan verən yeni cihazların alınması üçün Türkiyənin “Tetra Texnoloji Sistemlər LTD” şirkəti ilə müqavilə bağlanılıb, avadanlıqlar gətirilib və hazırda mərkəzin laboratoriyasında quraşdırılması işləri aparılır.
“Qamma şüalanma kompleksi” də yarımçıq tikililər və avadanlıqlarla birlikdə Nüvə Mərkəzinin balansına verilib və hazırda kompleksdə sterilizasiya avadanlıqlarının quraşdırılması və şüalanma mənbəsinin gətirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Xəbər verildiyi kimi Azərbaycan prezidenti İlham Əliyev 2014-cü il mayın 8-də “Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.
QSC Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində aşağıdakı istiqamətlər üzrə fəaliyyət göstərir: nüvə elmləri, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi üzrə Azərbaycan Respublikasının maraqlarına uyğun aktual elmi və elmi-texnoloji istiqamətlərin müəyyənləşdirilməsinə, müvafiq dövlət proqramı və layihələrinin hazırlanmasına dair Nazirliyə təkliflərin verilməsi və həyata keçirilməsi üzrə tədbirlərin görülməsi; dinc məqsədlərlə Azərbaycan Respublikasının ərazisində nüvə xammal ehtiyatlarının axtarışı, potensiallarının qiymətləndirilməsi, ekoloji və iqtisadi səmərəli emal üsullarının işlənilməsi və uyğun texnologiyanın yaradılması; dinc məqsədlərlə nüvə materiallarını ayırıb saflaşdırma, zənginləşdirmə texnologiyalarının, nüvə yanacağı dövriyyəsinin, istehsal texnologiyalarının və tətbiq sahələrinin yaradılması; nanomaterialların və radiasiya texnologiyalarının işlənilməsi, onların elm və texnikanın müxtəlif sahələrində tətbiqi.
Cəmiyyətin nizamnamə kapitalı 3 mln. manata bərabərdir və hər birinin nominal dəyəri 10 manat olan 300 min ədəd səhmdən formalaşıb. Bütün səhmlər dövlətə məxsusdur.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət