ATӘT-in Minsk Qrupunun hәmsәdrlәri tezliklə Azәrbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan arasında Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqların növbəti raundunun keçiriləcəyinə ümid edirlər. Bu barədə APA informasiya agentliyi məlumat verib.
"Bu gün regiona sәfәrimiz başa çatır. Ermәnistanda siyasi proseslәri, tәmas xәttindә gәrginliyin artması, humanitar әmәkdaşlığın formalaşması mәsәlәlərini müzakirә etdik. Biz tezliklə prezidentlәrin görüşünün keçirilmәsinә ümid edirik", - deyə rusiyalı hәmsәdr İqor Popov çərşənbə günü "Dağlıq Qarabağın azәrbaycanlı icması" İctimai Birliyinin rəhbərliyi ilə görüşdə bəyan edib.
Amerikalı həmsədr Ceyms Uorlik isə qeyd edib ki, son 20 ilin azərbaycanlı icma üçün hәddindәn artıq çәtin keçməsi barədə məlumatlıdırlar.
"Ötәn dәfә Bakıda olanda mәcburi köçkünlәrlә görüşdük. Ailәdә olduq, onların öz vәtәnlәrinә necә qayıtmaq istәdiklәrini gördük. Bu görüş bizi çox tәsirlәndirdi. İrәvanda da dediyim kimi, qaçqın problemi hәll olmadan, onlar öz torpaqlarına qayıtmadan, hәrtәrәfli hәllә nail olmaq mümkün deyil. Biz bunu prezidentlәrlә, nazirlәrlә görüşlәrdә də qeyd edirik. Biz görüşlәrdә xalq diplomatiyası mәsәlәsini dә qaldırırıq. Hesab edirik ki, bu, çox vacib mәsәlәdir", - deyə C.Uorlik vurğulayıb.
Fransalı hәmsәdr Pyer Andryu bildirib ki, Qarabağ münaqişәsinin həllində qaçqın faktoru vacibdir.
"Biz hәr dәfә görüşәndә bu mәsәlәni müzakirә edirik. Biz Beynəlxalq Qızıl Xaç Komitəsi ilә görüşlәrdә Qarabağ müharibәsindә ölәnlәrin müәyyәnlәşdirilmәsi barәdә dә tәşәbbüs irәli sürmüşük. Bu proses hәm Azәrbaycanda, hәm dә Ermәnistanda gedir", - deyə diplomat söyləyib.
"Dağlıq Qarabağın azәrbaycanlı icması" İctimai Birliyinin sәdri Bayram Sәfәrov bildirib ki, icma hər zaman Minsk Qrupunun mәsәlәyә әdalәtli yanaşacağına ümid edib.
"Tәәssüf ki, Minsk Qrupunun işi nәticә vermәyib. Biz ümid edirik ki, siz vә sizin ölkәlәriniz öz sәylәrinizi artıracaq, nәhayәt, әdalәt bәrpa olunacaq, azәrbaycanlılar öz torpaqlarına qayıdacaq. Azәrbaycan münaqişәnin sülh yolu ilә hәllini istәyir", - deyə B.Səfərov vurğulayıb.
Y.Əliyev
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bank Respublika biznes müştəriləri üçün “Mobil Ofis Biznes” tətbiqini yenilədi!
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət