Azərbaycanda 5 il ərzində gənclər siyasəti çərçivəsində 600-dən çox, o cümlədən 130 beynəlxalq layihə həyata keçirilib. Bu barədə çərşənbə günü jurnalistlərə gənclər və idman nazirinin müavini İntiqam Babayev məlumat verib.
“Beynəlxalq səviyyədə gənclər mübadiləsinə böyük diqqət ayrılır. Nazirliyin həyata keçirdiyi proqramlarda Azərbaycandan və digər ölkələrdən 2 mindən 3 minə qədər gənc iştirak edir”,- deyə nazir müavini bildirib.
İ.Babayev qeyd edib ki, nazirlik bir sıra daimi layihələr təşkil edir ki, bu layihələr çərçivəsində müsabiqələr və digər tədbirlər keçirilir. O, “Mən Azərbaycan haqqında nə bilirəm” müsabiqəsini nümunə çəkib. Bu müsabiqə xaricdə təşkil olunur və qaliblər yay tətilində Azərbaycana səfərə gəlirlər.
İ.Babayevin sözlərinə görə, Azərbaycanda gənclər siyasətini əhatə edən hər hansı qanun və ya normativ sənəd hazırlanarkən gənclərin iştirakı ilə mütləq ictimai müzakirələr aparılır.
“Məqsəd ondan ibarətdir ki, gənclər özləri ideyalar irəli sürsünlər, təşəbbüs göstərsinlər, bu və ya digər sənəd qəbul edildikdən sonra onun həyata keçirilməsində iştirak etsinlər”,- deyə o qeyd edib.
Nazir müavinideyib ki, Azərbaycan prezidenti İlham Əliyev gənclər proqramına konkret məsələlərin daxil edilməsini tapşırıb. Ən əsası odur ki, bu proqramlarda gənclərin marağı öz əksini tapsın.
“Nazirliyin əsas tərəfdaşları sayı 310 təşkil edən qeyri-hökumət gənclər təşkilatlarıdır. Müsabiqələr, o cümlədən də qrant müsabiqələri keçirmək, onların təşəbbüslərini maliyyə və texniki baxımdan dəstəkləmək yolu ilə bu təşkilatların ölkənin ictimai həyatında fəal iştirakını təmin etməyə çalışırıq”,- deyə İ.Babayev qeyd edib.
Onun sözlərinə görə, son 5 ildə ümumi dəyəri 16 mln. avrodan çox olan 542-dən artıq layihə dəstəklənib. Bundan əlavə, Prezident yanında Gənclər Fondu yaradılıb ki, bu fond da öz növbəsində gənclər təşkilatlarının layihələrini və gənclərin fərdi layihələrini dəstəkləyir.
“Fondun fəaliyyət göstərdiyi çox qısa müddətdə - bu isə üç ilə yaxındır - 2,3 mindən artıq layihə dəstəklənib”, - deyə İ.Babayev vurğulayıb.
O, həmçinin bildirib ki, Azərbaycanın 30-dan çox şəhər və rayonunda gənclər evləri və mərkəzləri fəaliyyət göstərir.
“Bu, gənclərin problemləri müzakirə etməsi, diskussiya aparması üçün meydançaya malik olmasına şərait yaradan sosial strukturdur”, - deyə İ.Babayev qeyd edib.
Nazir müavininin sözlərinə görə, Azərbaycanda 14-29 yaş arasında olan insanlar gənc hesab edilir və onların sayı əhalinin 28%-ni təşkil edir.
“Bura uşaqları da əlavə etsək, bu göstərici 50%-ə yüksəlir. Bu, kifayət qədər böyük rəqəmdir. Gələcək perspektivlər bizə çoxlu proqramların həyata keçirilməsi üçün enerji verir”, - deyə İ.Babayev vurğulayıb.
F.İsazadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət