Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı və baş nazir Əhməd Davudoğlunu Türkiyənin milli bayramı – Respublika günü münasibəti ilə təbrik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Bu gün Türkiyə güclü iqtisadiyyata, demokratik prinsiplərə əsaslanan siyasi sistemə malik müasir ölkə kimi regionda və dünyada böyük nüfuz qazanmışdır. Biz Türkiyənin beynəlxalq aləmdə bütün uğurlarına sevinirik”, - deyə İ.Əliyevin Türkiyə prezidentinə təbrik məktubunda deyilr.
O qeyd edib ki, Azərbaycan ilə Türkiyəni dərin tarixi, milli köklərdən bəhrələnən möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir.
“Bu təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz müttəfiqliyimizi və birliyimizi bariz şəkildə ifadə edir. Əminəm ki, siyasi, iqtisadi və mədəni sahələrdə genişmiqyaslı, səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı maraq və mənafelərimizi üstün tutan ardıcıl mövqeyimiz bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcək”, - deyə İ.Əliyev bəyan edib.
Baş nazir Əhməd Davudoğluna ünvanlanan təbrik məktubunda isə dövlət başçısı qeyd edib ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ortaq mənəvi dəyərləri bölüşən iki xalqın iradəsindən qaynaqlanır.
“Tarixin bütün sınaqlarından çıxmış birliyimiz və həmrəyliyimiz bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir”, - deyə məktubda deyilir.
“İnanıram ki, ölkələrimiz arasındakı birlik və möhkəm tərəfdaşlıq münasibətləri qarşıya qoyduğumuz məqsədlərə çatmağımızda, irimiqyaslı iqtisadi layihələrin reallaşmasında, beynəlxalq mövqelərimizin möhkəmlənməsində mühüm rol oynayacaq”, - deyə İ.Əliyev vurğulayıb.
Azərbaycan prezidenti Türkiyə xalqına əmin-amanlıq və firavanlıq diləyib.
Y.Əliyev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət