ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona hazırkı səfər zamanı Azərbaycan və Ermənistan prezidentlərini xalqlarını müharibəyə deyil, sülhə hazırlamağa çağırıblar. Bu barədə çərşənbə günü jurnalistlərə amerikalı həmsədr Ceyms Uorlik məlumat verib.
“Prezidentlərlə müzakirələr zamanı biz bildirdik ki, onlar xalqlarını müharibəyə deyil, sülhə hazırlamalıdırlar. Prezidentlər sülhə hazır olmaq üçün xalqlarına müraciət etməlidirlər”, - deyə C.Uorlik bəyan edib. Onun sözlərinə görə, Qarabağ münaqişəsinin nizamlanması yeni dövrün başlanmasına imkan yaradacaq və regionun inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcək.
“Cənubi Qafqaz xalqları mürəkkəb tarixə malikdir. Ümid edirəm ki, bu münaqişənin nizamlanması iki xalqın xeyrinə olacaq. Hesab edirəm ki, biz gələcək nəsillərə stabil və dinc gələcək borcluyuq. İki xalq arasında əlaqələr yaratmaq lazımdır. Onlar birgə yaşamağı bacarmalıdır”, - deyə diplomat vurğulayıb.
Bununla əlaqədar o qeyd edib ki, iki ölkənin prezidentləri iradə nümayiş etdirərək münaqişə deyil, sülh istədiklərinə dair qərar qəbul etməlidirlər.
“Hər iki tərəf 20 ildən artıqdır davam edən münaqişədən yorulub. Hər iki xalqın təhlükəsizliyi və sakitliyi üçün münaqişənin hərtərəfli nizamlanamsına ehtiyac var”, - deyə həmsədr bildirib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət