Azərbaycan Respublikasının Milli Məclisinə noyabrın 1-də keçiriləcək seçkilərin müşahidəsi məqsədilə ölkəmizə səfər edən Malayziya Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti oktyabrın 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
MSK-dan bildiriblər ki, qonaqları salamlayan MSK sədri Məzahir Pənahov görüşdən və rəhbərlik etdiyi qurumun müxtəlif beynəlxalq təşkilatlarla əlaqələri çərçivəsində Malayziya Mərkəzi Seçki Komissiyası ilə əməkdaşlığından məmnunluğunu ifadə edib və bu cür münasibətlərin təcrübə mübadiləsində əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.
Malayziyalı müşahidəçilər səmimi qəbul üçün minnətdarlıqlarını bildirib və Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və noyabrın 1-də keçiriləcək seçkilərə hazırlıq istiqamətində görülmüş işlərlə maraqlanıblar. Sədr Məzahir Pənahov qonaqların suallarını cavablandıraraq Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün reallaşdırılmış genişmiqyaslı layihələr barədə qonaqları ətraflı məlumatlandırıb.
Görüş çərçivəsində iki ölkənin ali seçki qurumları arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran məsələlərlə ətrafında fikir mübadiləsi aparılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət