ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Milli Məclisə seçkiləri izləməkdən imtina etməsi onların demokratik prinsiplərə uyğunluğunu müəyyən etmək istəyi ilə əlaqədar deyil. “Seçkilər-2015” İnformasiya Mərkəzinin saytına istinadən verilən məlumata görə, bu barədə Azərbaycan Respublikası
Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəyan edib.
“Ölkəmizdə seçkinin legitimliyini Azərbaycan vətəndaşları müəyyən edir. Əgər Azərbaycan seçiciləri azad və demokratik şəkildə, heç bir kənar təsir olmadan öz seçici iradələrini ifadə edə bilirlərsə və onların ifadə etdiyi iradə mövcud qanunlar çərçivəsində reallaşdırılırsa, Azərbaycan xalqının da inamını qazanırsa, bizim üçün legitimlik ölçüsü budur”, - deyə o qeyd edib.
Ə.Həsənovun sözlərinə görə, bu və ya digər beynəlxalq təşkilatların Azərbaycanda keçirilən seçkiyə verdiyi rəyə gəlincə, əlbəttə, bu da müəyyən əhəmiyyət kəsb edir.
“Biz beynəlxalq tərəfdaşlarımızla müəyyən məsələlərdə ortaq dəyərlər axtarırıq. İstəyirik ki, onlar da seçkiləri müşahidə etsinlər. Azərbaycanda kifayət qədər müşahidəçi var. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun fəaliyyətinə gəlincə, bu qurum neçə illərdir ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı həmişə qərəzli mövqedən çıxış edir. Bu dəfə də Azərbaycan hökuməti ilə onlar arasında seçki müşahidəsinin metodologiyası ilə bağlı yaranan ayrı-seçkilik ona gətirib çıxardı ki, bu təşkilat öz iddialarından geri çəkilmədi və müşahidə missiyasından imtina etdi”, - deyə o vurğulayıb.
“Azərbaycan kimi kiçik ölkəyə 600-700 müşahidəçi ilə gəlmək onların qərəzli münasibətindən irəli gəlir. Əvvəla, bu, kifayət qədər maddi problemlər yaradır. Digər tərəfdən onların yerləşdirilməsi və başqa məsələlər var. Biz düşünürük ki, demokratik seçkini müşahidə etmək üçün heç müşahidəçilərin sayı önəmli rol oynamır”, - deyə prezidentin köməkçisi söyləyib.
Onun sözlərinə görə, bu institutun Azərbaycana gəlməməsinin ölkəmizdə seçkilərin demokratikliyi və ya qeyri-demokratikliyi ilə heç bir əlaqəsi yoxdur.
“Bunlar sadəcə olaraq öz subyektiv mülahizələri çərçivəsində bu addımı atıblar. Azərbaycan beynəlxalq təşkilatlarla əlaqə qurur, onlarla tərəfdaşlıq münasibəti yaradır. İstəyirik ki, xalqımızın iradəsini onlar da görsünlər, Azərbaycan xalqının əldə etdiyi dəyərlərə, demokratik seçki nailiyyətlərinə hörmətlə yanaşsınlar. Əgər onlar məsələlərə hörmətlə yanaşmırlarsa, biz də adekvat münasibət göstərəcəyik”, - deyə Ə.Həsənov vurğulayıb.
Onun sözlərinə görə, hazırda seçkiləri 500-dən artıq xarici müşahidəçi izləyir. “Əminəm ki, seçkidə ciddi qanun pozuntusu olmayacaq”, - deyə prezidentin köməkçisi bildirib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət