“Azərbaycan Hava Yolları” QSC (AZAL) noyabrın 7-dən Bakı-Nyu-York-Bakı aviareysini “Boeing-787-8 Dreamline” tipli təyyarələrdə yerinə yetirəcək. Bu barədə şirkətin məlumatında deyilir.
““Boeing-787-8 Dreamliner” müasir hava gəmilərindən biridir və ən son texniki yenilikləri özündə birləşdirir. Yeni texnologiyaların tətbiqi sayəsində təyyarə ən yüksək təhlükəsizlik tələblərinə cavab verir və istismar üçün sərfəlidir”, - deyə məlumatda bildirilir.
Bu reysin sərnişinlərinə 3 xidmət sinifi - Ekonom sinfi üzrə 157 yer, Biznes sinfi üzrə 35 yer və Birinci sinif standartlarına cavab verən Lüks sinfi üzrə isə 18 yer təklif olunacaq.
Məlumata görə, “Azərbaycan Hava Yolları”nın “Boeing-787-8 Dreamliner” tipli təyyarəsi artıq transatlantik test uçuşu həyata keçirib və bu xəttin istismarı üçün bütün zəruri icazələri alıb.
Bakı-Nyu-York-Bakı müntəzəm reysləri həftədə iki dəfə olmaqla bazar ertəsi və şənbə günləri yerinə yetirilir. Təyyarə Bakıdan səhər saat 6.00-da yola düşür və yerli vaxtla saat 9:30-da Kennedi Hava Limanına çatır. Əks istiqamətdə uçuşlar elə həmin günlər saat 11:30 yerinə yetirilir.
Xəbər verildiyi kimi, “Boeing” şirkəti 2014-cü ilin dekabr ayında AZAL şirkətinə “Boeing-787-8 Dreamliner” tipli ilk təyyarəsini tədarük edib.
AZAL iri aviadaşıyıcı, MDB məkanında aviasiya birliyinin liderlərindən biri,. Şirkətin ümumi marşrut şəbəkəsi 19 ölkədə 40 məntəqədən ibarətdir. 2014-cü ildə AZAL 1,8 mln.-dan çox sərnişin daşıyıb. Şirkətin təyyarə parkında 25 hava gəmisi var. Mənzil-qərargahı Bakıda yerləşir.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət