“Bank Technique” “Zolotaya korona” beynəlxalq pul köçürmələri sisteminə qoşulub. Bu barədə şirkətin məlumatında deylir.
“Bank Technique” ASC “Zolotaya korona” sisteminin Azərbaycanda 21-ci iştirakçısı oldu. Sitemin xidmət infrastrukturu respublika ərazisində 1350 nöqtəni ötüb.
“Biz həm korporativ bank, həm də özəl sektoru dinamik inkişaf etdirməyi planlaşdırırıq. MDB-da pul köçürmələri bazarında lider olan “Zolotaya korona” sistemi ilə əməkdaşlıq sayəsində bank maliyyə bazarında mövqelərini möhkəmləndirmək və müştərilərinə hesab açmadan yaxın və uzaq xaricə dərhal transfertlərin həyata keçirilməsi üzrə geniş imkanlar təqdim etmək niyyətindədir”, - deyə “Bank Technique” ASC-nin biznesin inkişafı departamentinin direktor müavini Fərid Babayev bildirib.
“MDB ölkələrində pul köçürmələri ən tələbatlı bank məhsuludur. Tərəfdaş bankları ilə birgə “Zolotaya korona” pul köçümələri servisini maksimal dərcədə rahat, çevik və əlçatan etməyə çalışır”, - deyə “Zolotaya korona - Pul köçürmələri” servisinin direktoru İvan Sitnov qeyd edib.
“Bank Technique” ASC-nin müştəriləri iki valyutada - RF rublu və ABŞ dollarında “Zolotaya korona” sistemi vasitəsilə pul köçürmələri almaq və göndərmək imkanından istifadə edə bilərlər. Tarif 1%-dən başlayır (məbləğ və tranzaksiyanın istiqamətindən asılı olaraq). Köçürmələr dərhal, ünvansızdır, hesab açılmadan həyata keçirilir.
“Bank Technique” ASC 1994-cü ildə yaradılıb və respublikanın aparıcı banklarının onluğuna daxildir.
“Zolotaya korona” sistemi vasitəsilə “Caspian Development Bank” ASC-də aşağıdakı istiqamətlərə pul köçürmələri həyata keçirmək mümkündür: Azərbaycan, Belarus, Böyük Britaniya, Vyetnam, Yunanınstan, Gürcüstan, İsrail, Qazaxıstan, Qırğızıstan, Çin, Latviya, Moldova, Monqolustan, Nepal, Rusiya, Tacikistan, Türkiyə, Özbəkistan, Ukrayna, Çexiya.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət