SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) çərşənbə axşamı BP şirkəti üçün hazırlanmış peşəkar işçi kadrlara sertifikatlar təqdim edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri sertifikatların təqdim edilməsi mərasimindən məlumat verir.
Kadrların hazırlanması 2014-cü ilin sentyabr ayında SOCAR və BP şirkətləri arasında imzalanmış saziş çərçivəsində həyata keçirilib. Sazişə əsasən, Qobustan Regional Tədris Mərkəzində yerli işçi qüvvəsinin təhsil alması sahəsində əməkdaşlıq nəzərdə tutulur.
2014/2015 tədris ilində tədris prosesində iştirak etmək üçün müsabiqəyə 244 nəfər qatılıb , test imtahanları nəticəsində onlardan 79 nəfər 10 ixtisas üzrə seçilib. Bu şəxslərdən 21 nəfər ali təhsilli, 10 nəfər texniki universitetlərin məzunu, 1 nəfər magistdir.
10 aylıq tədris prosesində onlar SOCAR-ın müxtəlif müəssisə və idarələrində təcrübə keçiblər. Yekun imtahan 2015-ci il noyabr ayının 5-də olub və imtahanın nəticələrinə əsasən, məzun adı alan şəxslərə SOCAR şirkətinin sertifikatları verilib.
Mərasimdə çıxış edən SOCAR şirkətinin prezidenti Rövnəq Abdullayev qeyd edib ki, ARDNŞ kadrların hazırlanması üzrə geniş miqyaslı və çoxtərəfli proqram həyata keçirir, yüksək ixtisaslı kadrların hazırlanmasına böyük diqqət ayırır. Onun sözlərinə görə, ARDNŞ-də bu məqsədlə 5 tədris mərkəzi və bir qaynaqçı kursu fəaliyyət göstərir.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional direktoru Qordon Birrel Qobustan Regional Tədris Mərkəzinin imkanlarını yksək qiymətləndirib və qeyd edib ki, SOCAR şirkəti ilə saziş çərçivəsində əməkdaşlıq gələcəkdə də davam etdiriləcək. O həmçinin qeyd edib ki, hazırda “BP-Azerbaijan” şirkətində 2,9 min və ya şirkətin ümumi işçilərinin 87% qədər Azərbaycan vətəndaşı işləyir. Bundan əlavə, “Şahdəniz” yatağının “Mərhələ-2” layihəsi həyata keçirilərkən və Cənubi Qafqaz boru kəməri genişləndirilərkən daha 15 min nəfər Azərbaycan vətəndaşı üçün iş yerləri açılacaq.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət