Dövlət Sərhəd Xidməti tərəfindən oktyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 34 halda 35 nəfər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat verir.
Onların 27 nəfəri Azərbaycan Respublikası, 3 nəfəri Nigeriya, 2 nəfəri İran İslam Respublikası, hər ölkədən 1 nəfər olmaqla Türkiyə, Kamerun və Kot-Divuar vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 2 halda 2 nəfər, Xəzər dənizində 14 halda 26 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 328 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 6 kiloqram 476,4 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 44 halda ümumi dəyəri təqribən 245 min manat olan qaçaqmal, o cümlədən 1662 Azərbaycan manatı, 1380 ABŞ dolları, 900 ədəd pirotexniki maddə, 1 ədəd tüfəng, 1 ədəd pnevmatik tapança, 1 ədəd motosiklet, 7 ədəd qayıq, 2146 qutu siqaret, 269 ədəd mobil telefon, 30 baş iri buynuzlu mal, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.
R. Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət