Azərbaycanlı politoloq Fikrət Sadıxov əmindir ki, “G-20” sammitində yalnız maliyyə məsələləri deyil, həmçinin geosiyasi xarakterli məsələlər, o cümlədən terrorçuluqla mübarizə mövzusu müzakirə ediləcək.
“İyirmiliyin forumu elə bir formatdır ki,burda iqtisadi, maliyyə xarakterli məsələlər, sosial və sosial iqtisadi inkişafla bağlı problemlər müzakirə olunur.
Lakin dünyanın 20 aparıcı dövlətinin rəhbərlərinin toplandığı bir tədbirdə dünyanın bir çox dövlətləri üçün aktual olan siyasi, geosiyasi, terrorçuluqla mübarizə mövzularına toxunulmayacağını düşünmək sadəlövhlük olardı”,- deyə F.Sadıxov Azərbaycan və Rusiyanın Antalyada keçiriləcək G-20 sammitində iştirakına həsr olunmuş Moskva-Bakı video- körpüsündə bildirib.
Onun fikrinə görə, terrorçuluq, radikal ekstremizm , o cümlədən dini ekstremizm dünyanın aparıcı dövlətlərinin mübarizə apardığı əsas məsələlərdir. “Lakin Yağın Şərq regionundan uzaqda olmayan digər dövlətlər də bu məsələyə biganə deyillər”.
“Şübhə etmirəm ki, bu məsələlər son zamanlar yaranmış siyasi qarşıdurmalar və geosiyasi problemlər baxımından birinci dərəcəli müzakirə mövzusu olacaq”,- deyə politoloq qeyd edib.
“ Terrorçuluq probleminə gəlincə, bu bizə tanışdır. Biz çoxdan bu problemlə üzləşmişik. Təbii ki, Azərbaycan terrorçuluqvə dini ekstremizmlə mübarizə ilə bağlı istənilən qərarı dəstəkləyir”,- deyə o əlavə edib.
F. Sadıxovun sözlərinə görə, Azərbaycan Yaxın Şərqdə baş verən proseslərə biganə deyil.
“Açıq danışaq. Dünya İŞİD-in təsir dairəsinin genişlənməsindən narahatdır Əgər bu gün bu kvazidövlət Yaxın Şərqdə öz imkanlarını genişləndirsə, istisna deyil ki, başqa regionlarda da baş qaldıra bilər. Və bu Azərbaycanı narahat edir”,- deyə F.Sadıxov qeyd edib.
Azərbaycanın iyirmiliyin sammitinə dəvət olunmasının Türkiyə ilə qardaş dövlət olması ilə əlaqələndirilməsinə dair fikirləri politoloq belə şərh edib: “Bu belə deyil. Əlbəttə, bu amilin də mühüm təsiri var.Lakin bütün məsələ bundadır ki, Azərbaycan Cənub Qafqaz regionunda əsas oyunçulardan biridir. Azərbaycan bir çox Avropa dövlətlərinin enerji təhlükəsizliyini təmin edir. Azərbaycan Rusiya ilə müxtıəlif , o cümlədən enerji və humanitar xarakterli layihələrdə əməkdaşlıq edir. Bizim çox yaxşı siyasi əlaqələrimiz yaranıb. Bir çox beynəlxalq problemlərdə qarşılıqlı anlaşma mövcuddur. Və təbii ki, Azərbaycan bu əlaqələrin inkişafında və genişlənməsində, eləcə də bir sıra digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsində maraqlı ölkə kimi dayanıqlı inkişafa maraqlıdır ki, bunun da siyasi sabitlik olmadan mənası olmaz və bu sammitdə siyasi sabitlik vacib müzakirə mövzularından biri olacaq.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət