“Mavi ay” adlandırılan nadir mavi brilliant Cenevrədə Sotheby`s hərracında almaz üçün rekord qiymətə satılıb. Adının açıqlanmasını istəməyən Honkonq sakini 12, 03 karatlıq brilliantı $48,5 milyona satın alıb. Bu barədə BBC məlumat verir.
Hərracdan öncə brilliantın dəyəri $35 mln-$55 mln arasında qiymətləndirilirdi.
Son 3 gündə zinət və qiymətli əşyalar bazarında hərrac sövdələşmələrində 3 rekord göstərici qeydə alınıb. “Sweet Josephine” adlı çəhrayı brilliant çərşənbə axşamı $28,5 milyona Çin vətəndaşı tərəfindən alınıb. Bazar ertəsi Amedeo Modilyaninin “Çılpaq qadın” əsəri Nyu-Yorkda Christie`s hərracında daha bir Çin vətəndaşı tərəfindən $170 milyona alınıb.
2014-cü ilin yanvar ayında Cənubi Afrikanın “Kullian” şaxtasının sahibi olan “Petra Diamonds” bu mavi brilliantın tapıldığını elan edib.Qiymətli daş dünyanın aparıcı unikal brilliant istehsalçısı olan “Cora International” tərəfindən satın alınıb.
Brilliant “Mavi ay” adını ingilis dilində çox nadir görünən hallar haqqında işlədilən "once in a blue moon”( mavi ay işığında) ifadəsindən alıb.
Kullian mədəni Pretoriyadan 37 kilometr şimal-şərqdə yerləşir və dünyada nadir tapılan, qiymətli mavi almazların əsas mənbəyi kimi tanınır. “Petra Diamonds” şirkəti mədəni 2008-ci ildə “De Beers” şirkətindən satın alıb və o zamandan şaxtada bir neçə qiymətli mavi çalarlı brilliant tapılıb.
Ümumilikdə, ötən əsrin əvvəlindən istifadə edilən Kullian məbədində ümumi çəkisi 100 karat təşkil edən 750 almaz və ümumi çəkisi 200 karat təşkil edən 130 qiymətli daş tapılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət