Naxçıvanda Konstitusiya Gününə həsr olunmuş “Naxçıvan Muxtar respublikasının statusi və Azərbaycan reespublikasının Konstitusiyası” mövzusunda konfrans keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Konstitusiyada yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər, fundamental hüquq və azadlıqlar çox geniş şəkildə öz əksini tapıb, insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi kimi bəyan edilib. Konstitusiyanın qəbulu ölkədə hüquqi islahatların keyfiyyətcə yeni mərhələsinin başlamasına təkan verib”,- deyə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova öz çıxışında qeyd edib.
Ötən dövr ərzində ölkəmizdə insan hüquq və azadlıqları sahəsində həyata keçirilən islahatların, qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirildiyini bildirən Ülkər Bayramova deyib ki, muxtar respublikada insan hüquqları daim diqqət mərkəzində saxlanılır, Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrası ardıcıl davam etdirilir
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov “Azərbaycan Respublikası Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının statusu” mövzusunda məruzə edərək bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinə əsasən, Naxçıvan Muxtar Respublikasının statusu Azərbaycan Respublikası Konstitusiyası ilə müəyyən edilib. Konstitusiyaya görə Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.
Naxçıvanın muxtariyyəti özünəməxsusluğu ilə fərqlənir. İlk fərq ondan ibarətdir ki, bu, milli yox, ərazi muxtariyyətidir. Yəni Naxçıvan Muxtar Respublikası Azərbaycanın əsas ərazisindən tam təcrid olunmuş “anklav” ərazi kimi geopolitik əsasa görə yaranıb.Naxçıvanın muxtariyyətinin ən mühüm özünəməxsusluğundan biri də onun statusunun təkcə milli qanunvericiliklə yox, həm də beynəlxalq müqavilələrlə (16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars) təsdiq edilməsi və ona beynəlxalq hüquqi təminat verilməsidir.
Onun sözlərinə görə, bütün sivil və müasir konstitusiyalar kimi, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası da insan və vətəndaş hüquq və azadlıqlarına təminat verib.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında heç bir maddə Azərbaycan dövlətinin unitarlıq prinsipi ilə ziddiyyət təşkil etmir. Əksinə, Naxçıvanın coğrafi-siyasi mövqeyinə və demokratik prinsiplərə uyğun gəlməklə onun ölkə ərazisi kimi mövcudluğunu hüquqi cəhətdən müəyyən edir, idarəçilikdə operativ qərarlar qəbul etməyə imkan verir. Digər tərəfdən Naxçıvanın muxtariyyət statusuna malik olması onun təhlükəsizliyi üçün təminat olmaqla, Naxçıvanın inkişaf etməsinin əsas şərtlərindən biridir.
Konfransda digər məruzələr də dinlənilib.
Q.Hüseynova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Yerli avto nəqliyyat daşıyıcılarından növbəti uğur!
AccessBank QSC Prolongation of HPE equipments support 2024 üzrə tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Bakcell» Azərbaycanda daha bir ilkə imza atdı - Wi-Fi üzərindən zəng xidməti istifadəyə verildi
Səfirliyə arayışı Yelo App-dən rahatlıqla sifariş et
AccessBank Azərbaycanda qadın sahibkarlığının inkişafına aktiv dəstək tədbirlərini davam etdirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət