2015-ci ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 7 mlrd. 955 mln. 396,667 manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 19,1% azdır. Bu barədə BFB-nin məlumatında qeyd edilir.
Ümumi dövriyyədən 20 mln. 541min 583,9 manat (azalma 26,4 dəfə) dövlət qiymətli kağızları ilə əqdlərin payına, onların bütün həcmi isə Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların təkrar bazarda yerləşdirilməsinin payına düşüb.
Hesabat dövründə BFB-nin ümumi dövriyyəsində 276 mln. 112,181 min manat (azalma 3,1 dəfə) pay bazarının payına düşüb. Bununla yanaşı, birja meydançasında 266 mln. 703,39 min manat, təkrar bazarda 9 mln. 408,791 min manat məbləğində səhm yerləşdirilib.
Yanvar-oktyabr aylarında əqdlərin ümumi həcmində qiymətli kağızlar bazarının borc alətlərinin payına 1 mlrd. 647 mln. 305,009 min manat düşüb. Bununla yanaşı, ilkin bazarda Azərbaycan İpoteka Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 36 mln. 286,501 min manat, təkrar bazarda 1 mlrd. 368 mln. 234,106 min manat olub. 2015-ci ilin yanvar-oktyabr aylarında ilkin bazarda digər korporativ istiqrazların yerləşdirilmə həcmi 18 mln. 909,158 min manat, təkrar bazarda 223 mln. 875,242 min manat təşkil edib.
Ötən ilin yanvar-oktyabr aylarında repo əməliyyatları 3 mlrd. 539 mln. 309,209 min manata qarşı hesabat dövründə 118 mln. 596,431 min manat təşkil edib.
Cari ilin yanvar-oktyabr aylarında BFB-də əqdlərin ümumi həcmində 5 mlrd. 892,841 mln. manat törəmə alətlər bazarının payına düşüb (artım 2,6 dəfə), bunun 5 mlrd. 805,709 mln. manatı valyuta, 87,132 min manatı əmtəə əqdlərinin payına düşüb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət