“Cənub Qaz Dəhlizi” QSC tərəfindən təsis edilən “SGC Upstream” MMC Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulub. Bu barədə Azərbaycan Dövlət Neft Fondunun mətbuat xidmətindən məlumat verilir.
“SGC Upstream” şirkəti noyabrın 12-də Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumuna qoşulması barədə aktı imzalayıb. Bununla əlaqədar şirkət Memoranduma qoşulmuş digər şirkətlər kimi MHŞT üzrə 19-cu hesabatda 2014-cü il üzrə Azərbaycan hökumətinə ödənişləri barədə məlumat verəcək”, - deyə məlumatda qeyd olunur.
MHŞT-nin Azərbaycanda tətbiqinə dair Qarşılıqlı Anlaşma Memorandumunu imzalamış şirkətlərin sayı 39-a çatıb.
Xəbər verildiyi kimi, 2014-cü il iyunun 10-da Azərbaycanda hasilat sənayesində fəaliyyət göstərən 38 yerli və xarici şirkət 2013-cü ildə MHŞT üzrə 6-cı Qlobal Konfransda qəbul edilmiş MHŞT Standartının tələblərinə uyğunlaşdırılmış yeni Qarşılıqlı Anlaşma Memorandumu imzalayıb.
Memoranduma uyğun olaraq mineral ehtiyatların hasilati ilə məşğul olan şirkətlər ildə bir dəfə ödənişləri barədə hökumətə məlumat verməlidirlər. Öz növbəsində, hökumət bu şirkətdən daxilolmalarla bağlı hesabat təqdim edir. Bütün məlumatların təqdim olunduğu auditor şirkəti onların əsasında hökumətin hasilat sahəsindən əldə etdiyi gəlirlərə dair ümumi hesabat hazırlayır. EITI üzrə hesabatlar ilin yekunlarına əsasən hazırlanır.
Xəbər verildiyi kimi, Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünə 2003-cü ildə qoşulub. Həmin ilin noyabrında Nazirlər Kabinetinin sərəncamı ilə EITI -nin həyata keçirilməsi üzrə xüsusi komissiya yaradılıb.
“Cənub Qaz Dəhlizi” QSC "Şahdəniz" qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməsi layihəsinin səmərəli idarə olunması, Cənubi Qafqaz, Trans-Anadolu (TANAP) və Trans-Adriatik qaz kəmərlərinin (TAP) genişləndirilməsi məqsədilə yaradılıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət