Qadinlara qarşı zorakılıq törədən şəxslərin çoxusu cəzası qalır. Bunu BMT Əhali Fondunun icraçı direktoru, BMT Bak Katibinin müavini Babatunde Osotimexi cümə günü Bakıda keçirilən “Məişət zorakılığının qarşısının alınması” mövzusunda konfransda söyləyib.
“Bu gün dünyada hər üç qadından biri məişət zorakılığına məruz qalır, bu qorxulu göstəricidir. Lakin ən dəhşətli hal budur ki, qadınlara qarşı cinayət törədən insanların çoxu cəzasız qalır”,- deyə o qeyd edib.
B.Osotiomexinin sözlərinə görə, belə halların mümkün qədər az baş verməsi və müqəssirlərin cəzalandırılması üçün səylər birləşdirilməlidir.
“Heç kim belə problemlərdən kənarda qalmamalıdır. Qadınlar inkişaf prosesindən kənarda qalmamalı, diskriminasiya qurbanları olmamalıdırlar, belə hallar bu gün bir sıra ölkələrdə özünü göstərir. Dünyada qadın hüquqarına böyük əhəmiyyət verilir, lakin təəssüf ki, buna 100% əməl edilmir”,- deyə B.Osotimexi bildirib.
“Qeyd etmək istəyirəm ki, Azərbaycan rəhbərliyi bu problemin həllinə böyük diqqət ayırır”,- deyə o qeyd edib.
B. Osotimexi həmçinin qeyd edib ki, bir çox qadınlar uzun illər ərlərinin zorakılığına məruz qalsa da, onlarla münasibətlərini kəsmək istəmirlər.
“Bu məsələ dərindən öpyrənilməli və araşdırılmalıdır. Yalnız o zaman biz belə hallardan əziyyət çəkən qadınlara yardım edə bilərik. Əlbəttə, belə problemlərə ən çox qeyri- sabit iqtisadi vəziyyyətə malik ölkələrdə rast gəlinir. Bununla əlaqədar olaraq yeni problemlər üzə çıxır- qanunsuz doğulan uşaqların, cinsi yolla ötürülən xəstəliklərdən əziyyət çəkən insanların sayı artır və s.”,- deyə o qeyd edib.
Bundan əlavə, o qeyd edib ki, bu gün dünya ictimaiyyətini narahat edən vacib faktlardan biri də belə hallarda uşaqların əziyyət çəkməsidir, onlara psxoloji kömək lazımdır, çox zaman onlara belə kömək göstərilmir.
Ümumilikdə gender diskriminasiyası barədə danışan B.Osotimexi bildirib ki, bu gün mövcud olan mənfi hallardan biri də oğlan uşaqlarının doğulmasına üstünlük verilərək aparılan selektiv abotrtlardır.
“Kişilər qadınları məcbur edirlər ki, dünyaya gələcək qız uşaqlarından canlarını qurtarsınlar. Bu cinsi diskriminasiyaya müasir dünyada yer yoxdur. Belə vəziyyət dünyada tarazlığın pozulmasına gətirib çıxara bilər”,- deyə o əlavə edib.
Bununla əlaqdar olaraq B.Osotimexi məişət zorakılığına və diskriminasiyaya məruz qalmış qadınların reabilitasiyasının təmin edilməsi üzrə iş aparılmasını vacib hesab etdiyini vurğulayıb.
A.Zeydullayeva
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət