Azərbaycan prezidenti İlham Əliyev "Vətəndaşların müraciəti haqqında" qanunu təsdiq edib. Bu barədə cümə günü dövlət başçısının saytında məlumat verilib.
"Vətəndaşların müraciəti haqqında" qanun 17 maddədən ibarətdir. Qanun layihəsi demokratik cəmiyyətin əsas institutlarından biri olan nəzarət mexanizmini təmin etməyə xidmət edir. Belə nəzarət mexanizminin ən mühüm tərkib hissələrindən biri vətəndaşların bu və ya digər məsələ və problemlərlə bağlı yuxarı orqanlara müraciət etməsi üçün şəraitin təmin edilməsidir.
"Vətəndaşların müraciəti haqqında" qanun hüquq pozuntularının qarşısının alınması və bu məsələdə mövcud problemlər haqqında yerli və mərkəzi orqanların məlumatlandırılması, informasiya və nəhayət, vətəndaşlarla dövlət arasında əlaqələrin inkişafına yönəldilib.
Qanunda anonim və kollektiv müraciət növləri də nəzərdə tutulub.
İ.Əliyevin qanunun təbiqinə dair fərmanına əsasən, Nazirlər Kabinetinə 3 ay müddətində qanunların və Prezidentin aktlarının “Vətəndaşların müraciətləri haqqında” qanuna uyğunlaşdırılması ilə bağlı təklifləri prezidentə təqdim etmək tapşırılıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət