Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurası 2016-cı ilin büdcə layihəsini təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə göndərməyi tövsiyə edib. Bu barədə ARDNF-in məlumatında bildirib.
2016-cı ildə ARDNF-in gəlirləri 6 mlrd. 711 mln. 564,1 manat, xərclər 8 mlrd. 261 mln. 399,7 min manat, o cümlədəm fondun idarəetmə xərcləri 24 mln. 420 min manat həcmində nəzərdə tutulub.
“MŞ iclasda 2016-cı ilin büdcə layihəsini, fondun vəsaitlərinin əsas istifadə istiqamətlərini və fondun idarə edilməsi ilə bağlı xərclərin illik smeta layihəsini qənaətbəxş hesab edib. İclasın nəticələrinə əsasən Şura bütün bu sənədləri təsdiq edilmək üçün ölkə prezidentinə göndərmək barədə qərar qəbul edib”,- deyə məlumatda qeyd edilir.
Bundan başqa, ARDNF-in Müşahidə Şurası fondun mühasibat sisteminin “İctimai Sektor üçün Beynəlxalq Mühasibat Uçotundan” “Beynəlxalq Maliyyə Hesabatları Standartlarına” keçməsini və bu keçid üçün hazırlanmış Mühasibat Uşotu Siyasəti, eləcə də Hesablama Planını qənaətbəxş hesab edib.
ARDNF Azərbaycan prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb və dövlət başçısına hesabat verən büdcədənkənar dövlət təsisatıdır. Fondda neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.
ARDNF-in 2015-ci il üçün gəlirləri 10 mlrd. 246 mln. 611,9 min manat, xərcləri 12 mlrd. 304,8 mln. manat səviyyəsində təsdiq edilib.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət