Noyabrın 19-da Bakıdakı Risiya İnformasiya və Mədəniyyət Mərkəzi ilə Sergey Yeseninin Ryazan vilayətindəki Konstantinovo kəndindəki qoruq- muzeyi arasında videokörpü yaradılıb Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə RİMM-in mətbuat xidmətindən məlumat verilib.
Video-körpü S.Yeseninin 120 illiyinə və böyük şairin yaradıcılığının populyarlaşdırılması üzrə əməkdaşlıq məsələlərinə həsr olunub.Videokörpnün təşəbbüskarı rolunda “Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyi çıxış edib.
“Rossotrudniçestvo” təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov və Yeseninin Konstantinovo kəndindəki qoruq -muzeyinin direktoru Boris İoqanson şairin Azərbaycan və Rusiyada yubileyinin qeyd edilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat veriblər. Bildirilib ki, RİMM Azərbaycanda yaşayan rus həmvətənlər təşkilatları ilə, elm mədəniyyət və təhsil müəssisələri ilə silsilə Yesenin gecələri, rəsm sərgiləri, internet inşa müsabiqələri, KİV-lərdə “Qafqaz və Sergey Yesenin yaradıcılığı”, “ Tanış Sergey Yesenin”, “Yeseninlə həyatda” mövzularında esse və məqalə yarışları təşkil edilib.
Şairin Mərdəkan qəsəbəsindəki ev muzeyinin əməkdaşları ilə birlikdə Yesenin bayramı təşkil edilib.
Videokörpü iştirakçıları bildiriblər ki, belə virtual görüşlər müntəzəm olaraq keçirilməlidir və bu görüşlərdə ədəbiyyatçılar, pedaqoqlar , tələbə və məktəblilər iştirak etməlidir.
Ryazanlılar bildiriblər ki, onlar Yeseninin Mərdəkandakı ev muzeyi üçün arxv foto və sənədlərindən ibarət ekspozisiya hazırlayıblar. Ekspozisiya şairin Qafqazda keçirdiyi günlərə aiddir. Onlar ekspozisiyanı hazırda təmirdə olan muzey yenidən fəaliyyə başladıqdan sonra bakılılara hədiyyə etmək niyyətindədirlər.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət