Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və ərazi bütövlüyünün bərpasına nail olacaq. Bu barədə prezident İlham Əliyev bəyan edib.
“Xalqımız Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”, - deyə AzTV dövlət televiziyası 1 noyabr tarixində keçirilən parlament seçkilərindən sonra çərşənbə axşamı Milli Məclisin ilk iclasında İ.Əliyevin çıxışından sitat gətirir.
Prezident bildirib ki, Ermənistan Dağlıq Qarabağ probleminin nizamlanmasında maraqlı deyil, baxmayaraq ki, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların çoxsaylı qətnamələri və qərarları daxil olmaqla, tarixi ədalət və beynəlxalq hüquq Bakının mövqeyinin düzgün olduğunu təsdiq edir.
İ.Əliyev qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti indiyədək heç bir nəticə verməyib, lakin Azərbaycan problemin sülh yolu ilə həlli üçün diplomatik səyləri davam etdirəcək. Bununla yanaşı, o bəyan edib ki, ölkənin təhlükəsizliyinin möhkəmləndirilməsi məqsədilə Azərbaycanın hərbi qücünün möhkəmləndirilməsi prioritet təşkil edir.
Dövlət başçısı bildirib ki, Qarabağ probleminin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.
Prezidentin sözlərinə görə, qonşu Ermənistan tərəfindən Azərbaycan ərazisinin bir hissəsinin işğalı Bakı qarşısında duran ən vacib problemdir və parlamentin yeni çağırışının deputatları ona yüksək səviyyədə diqqət yetirməlidirlər.
F.Hüseynzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət