Naxçıvan Dövlət Universitetində (NDU) görkəmli hərbi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri, general Səməd bəy Mehmandarovun 160 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il sentyabrın 29-da imzaladığı Sərəncam ilə görkəmli general Səməd bəy Mehmandarovun anadan olmasının 160 illiyinin dövlət səviyyəsində qeyd olunması şanlı hərb tariximizin öyrənilməsi, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, müasir ordu quruculuğunun inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir”,- deyə NDU –nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib.
Bildirilib ki, Səməd bəy Mehmandarov 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olub. 1875-ci ilin dekabrında podporuçik rütbəsi alıb və üçüncü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilib. 1904-cü ildə general-mayor rütbəsi alıb. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artileriya generalı rütbəsi verilmişdir.1915-ci ildə korpus komandiri təyin edilib.
1918-ci il dekabrın 26-da Xalq Cümhuriyyətinin hərbi naziri təyin olunan, rus ordusunda xidmət etmiş rus artilleriya general-leytenantı Səməd bəy Mehmandarov qısa müddətdə 30 minlik ordu yaratmağa nail olub, ölkəmizin ərazi bütövlüyünün qorunmasında, hərbi təhlükəsizliyin təminində mühüm tarixi rol oynayıb. O, hərbi səfərbərlik, hərbi xidmətə çağırış, orduda danışıq və dəftərxana dilinin ana dili olması, ordunun milli hərbi kadrlarla, hərbi texnika, hərbi geyim və ərzaqla təmin edilməsi, hərbi sənaye kompleksinin yaradılması istiqamətində qətiyyətli addımlar atıb.
Erməni daşnakları Dağlıq Qarabağı Azərbaycandan qoparmaq məqsədi ilə 1920-ci ilin mart ayında qiyam qaldırarkən Səməd bəy Mehmandarovun əmri ilə general Həbib bəy Səlimovun komandanlığı altında Əsgəran ətrafına göndərilən güclü hərbi qüvvə düşməni darmadağın edib.
1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri, eləcə də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilən general Səməd bəy Mehmandarov sovet hakimiyyəti qurulduqdan sonra görkəmli siyasi xadim Nəriman Nərimanov tərəfindən siyasi repressiyalardan müdafiə olunub. O, Azərbaycanda hərbçi kadrların yetişməsində yaxından iştirak edib. 1921-1928-ci illərdə S.B.Mehmandarov hərbi komandirlər məktəbində dərs deyib. O 1931-ci il fevralın 12-də Bakıda vəfat edib.
Konfransda “Məşhur general S.BşMehmandarov”, “S.B.Mehmandarov Azərbaycan Xalq cümhuriyyəti dövründə” mövzularında məruzələr dinlənilib.
Q.Hüseynova
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət