Birləşmiş Ştatlar Azərbaycanın demokratik inkişafının qiymətləndirilməsi zamanı şəxsi meyarları ilə deyil, respublikanın spesifik xüsusiyyəti və digər sahələrdə tərəqqisinə əsaslanmalıdır. Amerikanın “The Washington Times” qəzetində dərc olunan məqalənin müəllifi belə hesab edir.
“Diqqəti Azərbaycan kimi ölkələrin hansı inkişaf yolu keçmələri lazım olduğuna yönəltməkdənsə, özlərinin hansı yol keçdiklərinə nəzər yetirmələri məqsədəuyğun olardı”, - deyə məqalədə qeyd olunur.
Məqalənin müəllifinin rəyinə əsasən, Qərbdə insanlar üçün müxtəlif problemlərlə üzləşən digər ölkələrlən qərb standartlarına uyğun həyat sürməyi gözləmələri kifayət qədər asandır. Bununla yanaşı, həmin şəxslər qərb ölkələrinin məlumatı olmadığı problemlərin həllində bu ölkələrin irəliləyişini nəzərə almırlar. “Çox vaxt baş verən hadisələr xoşumuza gəlməyəndə, mühüm islahatlar barədə dostlarımızla iş barədə deyil, “rejimın dəyişməsi” haqqında söhbətlərə başlayırıq”, - deyə məqalədə vurğulanır.
Misal olaraq, müəllif diqqəti ABŞ Dövlət Departamentinin moyabrı 1-də Azərbaycanda keçirilən parlament seçkilərini kəskin tənqidə məruz qoymasına baxmayaraq “dünyada ən repressiv rejimlərdən olan” Səudiyyə Ərəbistan Krallığının BMT İnsan Haqqları üzrə Şuranın sədri seçildiyinə yönəldib.
“Əlbəttə ki, Azərbaycanda vəziyyətin yaxşlaşması mümkündür. Bu heç də ideal ölkə deyil, lakin etiraf etməliyik ki, ölkələr tarix, mədəniyyət və onları əhatə edən geosiyasi mühitdən asılı olaraq fərqlənirlər. Onların hər birindən eyni səviyyədə tərəqqi gözləmək real deyil”, - deyə məqalədə qeyd olunur.
“Regionda etnik gərginlik hər zaman yüksək səviyyədə olduğu halda, Azərbaycan müxtəlif millətlər və dini məzhəblərə son dərəcə tolerant ölkə olaraq qalır. Misal üçün, bu gün yəhudilər müsəlman ölkəsi olan Azərbaycanda daha təhlükəsiz şəraitdə yaşayırlar, nəinki əksər Avropa ölkələrində”, - deyə müəllif yazır.
F.Hüseynzadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət