Bakı Beynəxalq Multikulturalizm Mərkəzinin xarici və yerli universitetlərdə Azərbaycan multikulturalizmi fənninin tədris keyfiyyətini öyrənmək üçün monitorinqlər keçirir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə mərkəzdən məlumat verilib.
Mərkəzdən agentliyə bildirilib ki, “Azərbaycan multikulturalizmi fənninin” tədrisi layihəsi çərçivəsində 11 xarici və 19 yerli universitetlərdə bu fənn tədris edilir.
Azərbaycan multikulturalizmi fənninin universitetlərdə aktuallığını və onun uğurlu layihə kimi davamlılığını təmin edilməsi və fənni tədris edən müəllimlərin fərdi öhdəliklərinin yoxlanılması məqsədi ilə hər semestrin sonunda Mərkəzin müəyyən etdiyi şəxslər tərəfindən monitorinqlər aparılır.
Fənnin xarici ölkə universitetlərində ilk monitorinqi Türkiyənin Kayseri şəhərində yerləşən Ərciyəz universitetində aparılıb. Ərciyəz universitetində monitorinqi professor Möhsün Nağısoylu həyata keçirib.
Monitorinq zamanı dərsin gedişatı ilə tanış olan professsor Möhsün Nağısoylu, eyni zamanda ”Azərbaycan ədəbiyyatında multikulturalizm” mövzusunda mühazirə oxuyub
Tələbələr bu fənnin materiallarının onların gələcək fəaliyyəti üçün lazım olacaqlarını bildirib və Azərbaycan multikulturalizmi fənninin onlar üçün çox maraq doğurduğunu söyləyiblər. Mövzu ətrafında geniş diskussiya aparılıb.
Monitorinqin keçirildiyi növbəti yerli universitetNaxçıvan Dövlət Universiteti olub. Multikulturalizm Mərkəzi tərəfindən bu monitorinqin aparması üçün Mərkəzin əməkdaşı Vidadi Rzayev ezam olunub
Naxçıvan Dövlət Universitetində Fəlsəfə və sosial iş kafedrasının müdiri, dosent Novruzəli Rəhimov sosial iş ixtisasında təhsil alan I kurs tələbələrinə “Multikulturalizm və xarici siyasət” mövzusunda açıq dərs keçib.
Vidadi Rzayev qeyd edib ki, Azərbaycan indi öz multikulturalizm modelini dünyaya təqdim edir.
Ölkəmizdə milli azlıqların ədəbiyyat, mədəniyyət, dil və tarixlərinin qorunub saxlanılmasına, öyrənilməsinə, inkişaf etdirilməsinə, təbliğinə geniş şərait yaradıldığını diqqətə çatdırıb.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət