Kanberra Azərbaycanın suverenliyini tanıyır və Ermənistanı Dağlıq Qarabağınişğalına son qoymağa çağırır. AZƏRTAC dövlət informasiya agentliyinin Azərbaycanın Avstraliyadakı səfirliyinə istinadən verdiyi məlumata görə, belə bəyanatla Avstraliya xarici işlər naziri Culia Bişop çıxış edib.
“Biz Ermənistan və Azərbaycan hökumətlərini bir araya gələrək münaqişəyə və Dağlıq Qarabağın işğalına sülh yolu ilə son qoymağa çağırırıq”. Bu sözləri Avstraliya xarici işlər naziri C.Bişop parlamentin üzvü, Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Luke Simpkinsin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə hökumətin mövqeyi ilə bağlı sualını cavablandırarkən deyib.
Parlamentin noyabrın 30-da keçirilən iclası zamanı L.Simpkins C.Bişopa müraciət edərək deyib ki, Nümayəndələr Palatasına üzv seçildiyi dairədəki Azərbaycan və türk icmalarının üzvləri Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ vilayəti və ona bitişik rayonların işğalına Avstraliya hökumətinin mövqeyini müəyyənləşdirməyi xahiş ediblər. L.Simpkins nazir C.Bişopdan həmin məsələyə Avstraliya hökumətinin mövqeyini açıqlamasını xahiş edib.
Sualı cavablandıran xanım C.Bişop əvvəlcə L.Simpkinsə deputat seçildiyi ərazidəki etnik qruplara göstərdiyi ardıcıl dəstəyə görə minnətdarlığını bildirib və deyib: “Avstraliya hökuməti bütün dünyada suveren ölkələrin ərazilərinin qeyri-qanuni işğalını mühakimə etmək siyasətinə sadiqdir. Buna nümunə olaraq Rusiya tərəfindən Ukraynanın suverenliyinin pozulması və Krımın işğalını göstərmək olar.
Tamamilə buna uyğun olaraq Avstraliya hökuməti Azərbaycanın suverenliyini tanıyır. Dağlıq Qarabağı isə müstəqil dövlət kimi tanımır.
Eyni zamanda, Avstraliya hökuməti problemin həlli ilə məşğul olan Rusiya, Fransa və ABŞ-ın həmsədrlik etdiyi və Azərbaycan, Ermənistan, Türkiyə və Belarusun üzv olduğu Minsk qrupunun fəaliyyətini dəstəkləyir”.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət