Azərbaycanın hər bir vətəndaşı mövcud qanunvericiliyin tələblərinə riayət etməlidir. Bu barədə jurnalistlərə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bəyan edib.
“Qəsəbələrə seçim üsulu ilə yanaşmaq olmaz, hər kəs qanunun aliliyini qorumalıdır. Dövlət vətəndaşlar üçün zəruri tədbirlər görür, sosial və digər problemləri həll edir”, - deyə o, Nardaran qəsəbəsində baş verən hadisələri şərh edərkən vurğulayıb.
Onun sözlərinə görə, din xadimlərinin əllərində avtomat və qumbara deyil, Quran olmalıdır.
“Bu, təhlükəsizlik məsələsidir, dinə aidiyyəti yoxdur. Bununla əlaqədar hüquq-mühafizə orqanları Azərbaycanda ictimai-siyasi sabitliyin qorunub saxlanılması məqsədilə zəruri tədbirlər görürlər. Vətəndaşlar qanundan sui-istifadə etməməlidirlər. Bu, adi criminal hadisə deyil”, - deyə S.Novruzov vurğulayıb.
Onun sözlərinə görə, Nardaranda yaxşı hazırlanmış, xüsusi hazırlıq keçmiş cinayətkar dəstələr fəaliyyət göstərir.
“Onların əksəriyyətinin Nardarana heç bir aidiyyəti yoxdur, başqa rayonlardan gəlib, başqa ölkənin ərazisində təlim keçiblər. Bu, sırf terror hadisələrinin həyata keçirilməsi, insanlarda xof yaradılması üçün yaradılmış dəstədir. Bu, terror qrupudur. Onlar dövlət və hökumət nümayəndələrinə qarşı sui-qəsdlər təşkil etmək, Konstitusiya quruluşunu dəyişmək istəyiblər", - deyə deputat bildirib.
O qeyd edib ki, Nardaranda baş verən hadisələrlə əlaqədar “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər ediləcək.
“Digər qanunvericilik aktlarında da düzəlişlər etmək lazımdır. Hər kəs bilməlidir ki, dinə xidmət edən hamı üçün bütün məscidlərin qapıları açıqdır. Heç kimə özünə təşkilat yaratmaq məqsədilə məscidlərdən istifadə etməyə imkan verilməyəcək. Bu məsələ parlamentin növbəti iclasında müzakirə olunacaq”, - deyə S.Novruzov vurğulayıb.
R.Babayev
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət