Azərbaycan qanunvericiliyinə terrorçuluq fəaliyyəti göstərən ölkə vətəndaşlarının vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan düzəlişlərin edilməsi nəzərdə tutulur.
Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında “Azərbaycan vətəndaşlığı haqqında” qanuna düzəlişlər layihəsinə baxılıb.
Təklif edilən düzəlişlərə əsasən, terror fəaliyyətində iştirak edən və ya Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər həyata keçirən şəxslərin vətəndaşlıqdan məhrum edilməsi nəzərdə tutulur.
Həmçinin dini ekstremist fəaliyyətdə iştirak edən və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçən, yaxud dini düşmənçilik zəminində dini məzhəblərin yayılmasında və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak edən və ya həmin münaqişəyə digər şəxsləri cəlb edən, yaxud bu məqsədlə sabit qrup yaradan şəxslərə qarşı da analoji tədbirlər tətbiq ediləcək.
Qanun layihəsi baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət