Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi yaradılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə UNEC-dən məlumat verilib.
Mərkəzin ümumi, təlim, tədris və imtahan haqqında əsasnamələri UNEC-in Elmi Şurasında təsdiq edilib.
Mərkəzdə magistrantların tədrisi 4 dildə - Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçiriləcək.
UNEC-də hazırda tədris olunan ingilis dilində maliyyə, türk dilində biznesin təşkili və idarə olunması, eləcə də beynəlxalq münasibətlər və diplomatiya, turizm və otelçilik ixtisasları Beynəlxalq Magisitratura və Doktorantura Mərkəzində tədris ediləcək.
Mərkəzin yaradılmasında məqsəd UNEC-də müasir tələblərə cavab verən mütəxəssislər hazırlamaqdır. Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində həyata keçiriləcək tədris prosesinə xarici universitetlərin professor-müəllim heyətinin cəlb edilməsi də planlaşdırılır.
Türkiyənin nüfuzlu universitetləri ilə əldə edilmiş razılığa əsasən, UNEC-də tədrisi təşkil edilən üç ixtisas - biznesin təşkili və idarə olunması, beynəlxalq münasibətlər və diplomatiya, turizm və otelçilik ixtisasları üzrə təhsil alan magistrlara UNEC diplomu ilə yanaşı, Türkiyənin müvafiq universitetlərinin də diplomunun verilməsi nəzərdə tutulub.
Müvafiq memorandum 2015-ci ilin sentyabrında imzalanıb.
A.Zeydullayeva
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə “Eko Dilçilik” beynəlxalq forumu keçirilib
Yelo Bank-ın sərfəli ipoteka kreditini qaçırma!
30-dan çox şirkətin iştirakı ilə “Yelo Career Festival” keçirildi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət