Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Sabunçu Rayon Polis İdarəsi əməkdaşları tərəfindən Nardaran qəsəbəsində silah-sursat tapılıb. Bu barədə cümə axşamı Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, qəsəbəsinin ərazisində torpağa basdırılmış 1 ədəd nömrəsi silinmiş, qundağı kəsilmiş “AKM” markalı silah, 5 ədəd patron və 1 ədəd patron darağı, məişət tullantıları qutusundan isə 1 ədəd nömrə silinmiş “Revolver” tipli tapança tapılıb.
Noyabrın 26-da Nardaranda baş vermiş silahlı insident nəticəsində cinayətkar qruplaşmanın 5 üzvü öldürülüb, 2 polis əməkdaşı həlak olub. Toqquşmalarda bir neçə nəfərin yaralandığı bildirilib. İnsidentlə əlaqədar 24 nəfər həbs edilib.
DİN və Baş Prokurorluğun Nardaranda baş vermiş silahlı insidentlə bağlı birgə məlumatında bildirilir ki, respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə Daxili İşlər Nazirliyinə daxil olmuş məlumat aparılan araşdırmalarla təsdiqlənib və təxirəsalınmaz əks tədbirlərin görülməsini zəruri edib.
Xüsusi əməliyyat zamanı 4 ədəd avtomat, 4 ədəd tapança, 12 ədəd qumbara, 3 ədəd məsafədən idarə edilən partladıcı qurğu, 10 ədəd “Molotov kokteyli”, 7 ədəd bıçaq və 3 ədəd beşbarmaq aşkarlanaraq müsadirə olunub.
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət