Azərbaycan prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsinin yeni redaksiyasının layihəsini Milli Məclisə təqdim edib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında bu məsələyə baxılıb.
Məcəllənin yeni redaksiyası 6 bölmə, 40 fəsil və 608 maddədən ibarətdir.
Hazırda qüvvədə olan İnzibati Xətalar Məcəlləsi 6 bölmə, 35 fəsil və 458 maddədən ibarətdir.
İclasda qeyd edilib ki, məcəllənin yeni redaksiyası mövcud məcəllənin bazası əsasında hazırlanıb, məcəlləyə 280 düzəliş daxil edilib.
Məsələn, yeni redaksiyada məcəlləyə əlavə edilmiş bəndə əsasən, hüquqi şəxsə yalnız məhkəmənin qərarı ilə xəbərdarlıq edilə bilər. Bununla yanaşı, cərimələrin yuxarı və aşağı məbləğləri arasındakı fərq azaldılıb.
Eyni zamanda, iqtisadi qanun pozuntularına görə cərimənin məbləği dəymiş ziyanın həcmindən asılı olaraq müəyyən edilir.
Komitənin iclasında “Notariat haqqında”, “Xidməti və mülki silahlar haqqında”, “Prokurorluq orqanlarındaqulluq keçməhaqqında”, “Polis haqqında”, “AzərbaycanRespublikasıvətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri vəolduğu yerüzrə qeydiyyat haqqında”, “Avtomobil yolları haqqında” qanunlara, Əmək Məcəlləsinə dəyişikliklər və digər məsələlər müzakirə olunub.
İclasın yekunları üzrə qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.
R. Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət