İllik satış dövriyyəsi 200 min manata qədər olan ticarət və ictimai iaşə obyektləri sadələşdirilmiş vergini mövcud dərəcələrlə ödəyəcəklər. Bu sözləri vergilər naziri Fazil Məmmədov AZƏRTAC informasiya agentliyinə müsahibəsində deyib.
Hazırda sadələşdirilmiş vergi dərəcəsi Bakıda dövriyyənin 4%-ni, regionlarda 2%-ni təşkil edir.
“Vergi Məcəlləsinə edilmiş müəyyən dəyişikliklər 2016-cı il yanvarın 1-dən qüvvəyə minir. Dəyişikliklərə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ verilir”,- deyə F.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda belə, məhz bu iki sahədə çalışan vergi ödəyiciləri sadələşdirilmiş verginin ödəyicisi ola biləcəklər. Yalnız bu halda, yəni ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin satış dövriyyəsi 200.000 manatdan artıq olduğu halda, əldə edilən ümumi hasilatın həcmindən ticarət fəaliyyəti üzrə 6 faiz, ictimai iaşə fəaliyyəti üzrə 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi tətbiq ediləcək.
Nazir bildirib ki, satış dövriyyəsi 200.000 manatdan aşağı olan bütün digər sahibkarlıq subyektləri, o cümlədən ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri isə yenə də əvvəlki qaydada, yəni Bakı şəhərində vergilərini 4 faiz, digər regionlarda isə 2 faiz dərəcə ilə ödəyəcəklər.
F.Məmmədov 2016-cı il yanvarın 1-dən Azərbaycanda alkoqollu içkilərin nağd qaydada satışının qadağan olunması məsələsinə də toxunub.
“Ölkədə aksizli malların plastik kartlarla satışı üçün ölkə ərazisində yerləşən ticarət obyektlərində lazımi potensial mövcuddur. Vergi ödəyicilərinə məxsus təsərrüfat subyektlərində POS-terminalların quraşdırılması, onlardan istifadə olunmasının nəzarətdə saxlanılması, əhali ilə hesablaşmalar sahəsində qanunvericiliyə əməl olunması işləri daim diqqətdə saxlanılır. Ölkə ərazisində hazırda 84 min pos-terminal quraşdırılıb ki, bunun da 62 faizi Bakı şəhərinin payına düşür”,- deyə o qeyd edib.
Vergilər naziri bildirib ki, aksizli malların nağdsız qaydada satışı bütövlükdə respublikada nağdsız qaydada satış həcminin artmasına müsbət təsir göstərəcək.
Azərbaycanda sadələşdirilmiş vergi ödəyiciləri olan fiziki və hüquqi şəxslər torpaq vergisi istisna olmaqla bütün növ vergilərdən azad ediliblər. Onlar yalnız dövriyyə vergisi ödəyirlər.
Azərbaycanda ƏDV dərəcəsi 18% təşkil edir.
A. Əzizov
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İş axtaranların nəzərinə - "Yelo Career Festival" keçiriləcək!
Bank Respublika və Niderland İnkişaf Bankı arasında növbəti iri həcmli kredit sazişi bağlandı!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət