2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda sənaye məhsullarının istehsal həcmi 24 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, hesabat dövrü ərzində qeyri-neft sektorunda sənaye məhsullarının istehsalı 7,5%, neft sektorunda 0,6% artıb.
Yanvar-noyabr aylarında sənaye məhsulunun 62,4%-i mədənçıxarma sektorunda, 29,5%-i emal sektorunda, 7,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
2015-ci ilin 11 ayı ərzində mədənçıxarma sektorunda məhsul istehsalı 2,8% azalıb.
Bu dövrdə emal sektorunda qida məhsullarının istehsalı 3,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 8,7%, ağacın emalı və ağacdan məmulatların istehsalı 52,9%, poliqrafiya məhsullarının istehsalı 15,8%, kimya sənayesi məhsullarının istehsalı 79,1%, tikinti materiallarının istehsalı 48%, metallurgiya məhsullarının istehsalı 4,6%, hazır metal məhsullarının istehsalı 58,6%, kompyuter, elektron və optik məhsulların istehsalı 2 dəfə, elektrik avadanlıqlarının istehsalı 6,7%, avtomobil, qoşqu və yarımqoşqu istehsalı 4,5%, mebel istehsalı 9,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işlərinin həcmi 2,1 dəfə artıb.
Hesabat dövründə toxuculuq məhsullarının istehsalı 60,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,7%, geyim istehsalı 40,8%, içki istehsalı isə 10,1% azalıb.
Yanvar-noyabr aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində istehsalın həcmi 0,3%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə 2% artıb.
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət