Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda “Nar” mükafatı təqdim olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Luç” Mədəniyyət Xadimləri Assosiasiyasından məlumat verilib.
Mükafat assosiasiyanın həyatında fəal iştiraka, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin xaricdə təbliğinə görə verilir.
2015-ci ilin “Nar” mükafatına assosiasiyanın katibi, publisist Marina Mürsəlova layiq görülüb. Mənsur şerlərin müəllifi kimi tanınan M.Mürsəlova “Qadınlar şəhəri” beynəlxalq jurnalist müsabiqəsinin qalibi olub, 2007-ci ildə onun “Diktatorun piarı” kitabı nüfuzlu Rusiya mükafatının şort-listinə daxil edilib, o, hazırda “Nərgiz” jurnalının ədəbi redaktorudur.
“Luç” 2004-cü ildə Rus İcmasının sədri Mixail Zabelinin təşəbbüsü ilə yaradıcılıqla məşğul olan insanların birliyi olaraq yaradılıb. Lakin professor Həsən Quliyevin rəhbərliyi altında assosiasiya ciddi nüfuzlu təşkilata çevrilib, bura rusist-alimlər, ədəbiyyatşünaslar, müxtəlif yaradıcı peşə nümayəndələri üzv olublar.
10 il ərzində assosiasiya respublikada rus dilinin dəstəklənməsi üzrə böyük işlər görüb, rus dili məsələləri üzrə konfrans və “dəyirmi masa”lar , regionlarda ustad dərsləri, görkəmli Azərbaycan və xarici ədəbiyyat nümayəndələrinin yubileylərinə həsr edilmiş tədbirlər təşkil edib.
“Luç”a üzv olan müəlliflərin əsərlərinin daxil edildiyi nəsr, poeziya və publisistika janrlarında 30 antologiya buraxılıb. Onlardan üçü gürcü, biri isə rus müəlliflərlə birgə ərsəyə gətirilmiş nəşrlərdir. Assosiasiyanın gənc və istedadlı üzvlərinin səyləri ilə ədəbiyyat mövzusunda dörd sənədli film çəkilib ki, bu filmlər də Azərbaycan telekanallarında nümayiş etdirilib.
Assosiasiya 3 beynəlxalq müsabiqə keçirib, bunun nəticəsində respublikanın hüdudlarını aşaraq mahiyyət etibarilə beynəlxalq ədəbiyyat assosiasiyasına çevrilib. Üzvlərinin dörddə biri ölkə hüdudlarından kənarda yaşayır və fəaliyyət göstərir.
H.Quliyev bir il önvcə vəfat edib. Assosiasiyanın yeni rəhbəri şair, türkoloq professor Tofiq Məliklidir. “Luç” assosiasiyasının prioriteti klassik və müasir Azərbaycan ədəbiyyatını dünyada tanıtmaqdan ibarətdir.
A.Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət