Bank olmayan kredit təşkilatı (BOKT) “VF AzərKredit” MMC “AzeriCard” prosessinq mərkəzi ilə birlikdə müştərilərə kreditlərin onlayn ödənişi xidmətini istifadəyə verib. Bu barədə mərkəzdən məlumat verilib.
“Bu xidmətdən internetə çıxışı olan kompüterlər, planşetlər və smartfonlar vasitəsilə yararlanmaq mümkündür. Xidmətdən istifadə etmək üçün müştəri “AzərKredit”də olan hesabının nömrəsini bilməli və istənilən bankın buraxdığı plastik karta malik olmalıdır.
Bu xidmət vasitəsilə müştərilər “AzərKredit”in ofislərinə gəlmədən, 24 saat real vaxt rejimində operativ və etibarlı şəkildə kredit ödənişlərini dünyanın istənilən yerindən həyata keçirmək imkanı əldə etmiş olurlar”, - deyə məlumatda qeyd olunur.
“VF AzərKredit” 2003-cü ildə fəaliyyət üçün lisenziya alıb. Təşkilatın aktiv müştərilərinin sayı 80 mini ötür. 2014-cü ilin sonuna BOKT-nin kredit portfeli 76 mln. manata bərabərdir. Nizamnamə kapitalı 303,867 min manat təşkil edir. Təşkilatın səhmdarları 3 xarici hüquqi şəxsdir. BOKT-nin səhmlərinin 52%-i “Vision Fund International”a (ABŞ) məxsusdur.
“AzeriCard” prosessinq mərkəzi Azərbaycan Beynəlxalq Bankına (ABB) məxsusdur.
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət