Manatın növbəti devalvasiyasından sonra daşınmaz əmlak bazarını çətin günlər gözləyir. «Value&Sources” konsaltinq şirkətinin icraçı direktoru Rəşad Əliyev belə hesab edir.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 dekabr 2015-ci il tarixindən etibarən üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun ardınca AMB manatı 47,6% devalvasiya edərək manatın dollara nisbətən məzənnəsini 1,55 manat/$1 səviyyəsində müəyyən edib. Cari ilin fevral ayında ilk devalvasiya nəzərə alınmaqla 2015-ci ildə manat dollara nisbətən təxminən iki dəfə ucuzlaşıb.
“Bazarın ilk reaksiyası şokdan ibarət olacaq. Alıcılar və satıcılar çaşqın vəziyyətindədirlər. Devalvasiyadan öncə alqı-satqı əməliyyatlar təxirə salınacaq. Potensial alıcıların əksəriyyəti gözləmə mövqeyini tutacaqlar”, - deyə R.Əliyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, daşınmaz əmlak satıcılarının hərəkətləri müxtəlif olacaq. “Satıcıların bir hissəsi satışı dayandıracaq, bir hissəsi (manatla satanlar) qiymətlərə təkrar baxacaq, bir hissəsi (dollarla satanlar) qiymətləri əvvəlki səviyyədə saxlayacaq”, - deyə R.Əliyev hesab edir.
Ekspertin rəyinə əsasən, daşınmaz əmlak bazarında qiymətlər qısamüddətli perspektivdə yeni tarazlıq axtaracaq. “Bundan öncə qiymətlər qeyri-məntiqi dəyişmə nümayiş etdirəcək”, - deyə o bildirib.
Uzunmüddətli perspektivdə isə bazarda vəziyyət bir neçə amildən - makroiqtisadi mühit, ipoteka kreditləşməsinin səviyyəsi və bank sektorunun vəziyyətindən asılı olacaq.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət