Dekabrln 21-də manatın devalvasiyasından sonra Bakıda valyutadəyişmə məntəqələrində ajiotaj müşahidə olunmur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
“Mübadilə məntəqələrində ajiotaj müşahidə olunmur, valyutanın alqı-satqısı demək olar ki, həyata keçirilmir”, - deyə paytaxtın mərkəzindəki valyutadəyişmə məntəqələrindən birinin əməkdaşı bildirib.
Onun sözlərinə görə, valyuta satışında məhdudiyyət yoxdur.
Digər bir bankın əməkdaşı da valyutanın alqı-satqı prosesində ajiotajın olmadığını bildirib. “Lakin bizim bankımızda məhdudiyyətlər qoyulub, biz bir nəfərə $500-dan artıq satmırıq”,- deyə o qeyd edib.
Ticarət obyektlərində ərzaq məhsullarının qiymətində artım müşahidə olunur. Bu vəziyyət xüsusilə telefon, məişət texnikası satışı ilə məşğul olan mağazalar üçün səciyyəvidir.
Azərbaycan Mərkəzi Bankı 2015-ci il dekabrın 21-də manatın üzən məzənnəsinə keçdiyini elan edib. Bunun ardınca AMB milli valyutanı 47,6% devalvasiya edərək manatın dollara nisbətən məzənnəsini 1,55 manat/$1 səviyyəsində müəyyənləşdirib. Fevral ayında baş vermiş birinci devalvasiya nəzərə alınmaqla, 2015-ci ildə manat dollara nisbətən təxminən iki dəfə ucuzlaşıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət