Azərbaycan Mərkəzi Bankı (AMB) manatın məzənnəsində heç bir mühüm dəyişikliyə yol verməyəcək. AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov buna söz verib.
“Dünyada xalis üzən məzənnə ilə fəaliyyət göstərən bazarların sayı azdır. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, Azərbaycanm iqtisadiyyatı kimi formalaşan bazar iqtisadiyyatları arasında idarə olunan üzən məzənnə istifadə edilir. Bu o deməkdir ki, AMB manatın məzənnəsində bu və ya digər tərəfə mühüm dəyişikliyə yol verməyəcək”, - deyə E.Rüstəmov AzTV dövlət telekanalına müsahibəsində bildirib.
O hesab edir ki, bugünkü məzənnədən son dərəcə kənara çıxma bazarda ciddi təşvişə səbəb ola bilər.
“Bu gün bazarda ilk hərrac keçirdik. Həmçinin məzənnənin əməliyyat çərçivələrini dəyişdik. Bundan öncə bazarda valyutaya olan tələbatı tam ödəmişdik. Lakin bundan sonra bazara valyutanı hərrac vasitəsilə təklif edəcəyik. Bununla da tələb və təklif arasında nisbətin necə formalaşacağını müşahidə edəcəyik. Manatın məzənnəsi banklararası bazarda formalaşan tələb və təklifin nisbətindən çox asılı olacaq”, - deyə E.Rüstəmov bildirib.
Onun sözlərinə görə, bu gün manatın məzənnəsinə beynəlxalq amillər, o cümlədən neftin qiyməti, ticarət tərəfdaşları olan ölkələrdə valyutaların məzənnələri, həmçinin daxili amillər - iqtisadi artım, inflyasiya, məşğulluq təsir göstərir.
“İdarə olunan üzən məzənnəyə keçid manatın real bazar qiymətini müəyyən etməyə imkan verəcək”, - deyə E.Rüstəmov belə hesab edir.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 dekabr 2015-ci il tarixindən etibarən üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun ardınca AMB manatı 47,6% devalvasiya edərək manatın dollara nisbətən məzənnəsini 1,55 manat/$1 səviyyəsində müəyyən edib. Cari ilin fevral ayında ilk devalvasiya nəzərə alınmaqla 2015-ci ildə manat dollara nisbətən təxminən iki dəfə ucuzlaşıb.
A.Axundov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət