“Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş yanğın hadisəsindən sonra ətraf mühitə mümkün təsirlərin öyrənilməsi məqsədi ilə ekologiya və təbii sərvətlər nazirinin göstərişi əsasında yaradılan ekspedisiya qrupu monitorinq keçirib. Bu barədə“İnterfaks-Azərbaycan” agentliyinə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.
Aparılan müşahidələr zamanı özül ətrafında qırıq-qırıq, kiçik ölçülü, davamsız parıltılı ləkələr müşahidə edilib ki, bu da əsasən neft yox, kondensat qalıqlarıdır.
Məlumata görə, bu kondensat qalıqları ən yüngül fraksiyalardan ibarət olduğu üçün qısa zamanda buxarlanır və buna görə də su səthinə, sualtı bioloji həyata ziyanı minimum həddədir.
Həmin ləkələrdən götürülmüş su nümunələrinin üzərində fiziki, fiziki-kimyəvi, ekotoksikoloji və biokimyəvi analizlər aparılır. Neft məhsullarının qatılığının normadan nisbətən çox olduğu müəyyən edilib ki, bu da baş vermiş qəzanın həcminə görə minimum həddir.
Mütəxəssislərin Xəzər dənizində uzun illər apardığı davamlı təhlillərin dinamikası göstərir ki, qeyd olunan çirklənmə həddi ümumi fon göstəricilərindən fərqlənmir. Xəzər dənizində neft hasilatı ilə təkcə Azərbaycan məşğul olmur və digər Xəzəryanı ölkələrdə hələ də bir sıra hallarda sovet dövründən qalma köhnə texnologiyalardan istifadə edilir və buna görə də Xəzərdə neft ləkələri mütəmadi müşahidə olunur.
Dənizdə 200-300 kvadratmetr ərazinin neft ləkəsi ilə örtülü olması barədə yayılan fantastik məlumatların isə baş vermiş hadisə ilə heç bir əlaqəsi yoxdur. Fəzadan çəkilən şəkillər və nazirliyin mütəxəssislərinin apardığı təhlil və müşahidələr də bu iddianı təsdiq etmir. Atmosfer havasından götürülən nümunələr isə havaya karbon və azot oksidlərinin atıldığını təsdiq edir.
A. Zeydullayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət