Azərbaycan BMT Təhlükəsizlik Şurasının İŞİD və Əl-Qaidə terror təşkilatlarına qarşı qətnamələrini dəstəkləyir və terrorizmi bütün dünyada sülh və sabitliyə təhlükə hesab etdiyini bildirir. Bunu xarici işlər naziri Elmar Məmmədyarov yerli KİV-lərə 2015-ci ilin yekunları ilə bağlı verdiyi müsahibəsində bildirib.
“Terrorizm konkret regionu deyil, bütün dünyanı təhdid edir. O, sülh və sabitliyin qorunmasına real təhlükədir. Terrorizmin hər hansı dinlə əlaqəsi yoxdur. Dünyanın müxtəlif guşələrində baş verən terror aktlarının İslamla əlaqələndirilməsi təəssüf və dözülməz yanaşma hissi doğurur. İslam sülh və yanaşı yaşamaq dinidir”,- deyə o söyləyib.
XİN başçısı qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 2259 (2015) və 2253 (2015) saylı qətnamələrində İŞİD kimi özünü təqdim edən terror təşkilatı və Əl-Qaidənin beynəlxalq sülh və təhlükəsizliyə qlobal təhdid olduğu bir daha vurğulanır.
“Müsbət haldır ki, bu qətnamələr vasitəsilə BMT Təhlükəsizlik Şurasının Əl-Qaidəyə qarşı yaradılmış mexanizmləri, o cümlədən sanksiyalar siyahısı İŞİD-ə qarşı da tətbiq olunur. Terrorizmə qarşı mübarizədə davamlılıq olmalı, hər hansı yeni terror təşkilatının meydana çıxması əvvəlkilərin yaddan çıxarılması anlamına gəlməməlidir”,- deyə o bildirib.
“Terrorizmdən əziyyət çəkən bir dövlət olaraq, Azərbaycan terrorçuluqla mübarizədə beynəlxalq ictimaiyyətin səylərini dəstəkləyir. Terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə qınayırıq. Bu xüsusda, BMT TŞ-nin 2259 və 2253 saylı qətnamələrinin tələblərinin həyata keçirilməsi istiqamətində Azərbaycan öz töhfələrini verməkdə davam edəcək”, - deyə nazir əlavə edib.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət