2016-cı il Azərbaycan ictimaiyyəti üçün asan il olmayacaq. Bu fikri Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli
Həsənov səsləndirib.
“Dünya neft bazarında yaranmış vəziyyət neft istehsal edən dövlətlər üçün müəyyən problemlər yaradıb. Buna görə də növbəti il Azərbaycan ictimaiyyəti və jurnalistləri üçün asan il olmayacaq”,- deyə Ə.Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə 2015-ci ilin yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, Azərbaycan ictimaiyyəti mövcud problemlərin öhdəsindən gələcək.
“Biz bütün çətinliklərə baxmayaraq, yaranmış vəziyyətdən çıxacağıq. Bu işdə xüsusi dövlət proqramları bizə kömək edəcək. Bu məsələdə kütləvi informasiya vasitələrinin üzərinə böyük məsuliyyət düşür. Əminəm ki, hökumətlə cəmiyyət arasında əlaqələndirici halqa olan Azərbaycan KİV-ləri və jurnalistlər bu məsələdə dövlətimizə kömək edəcəklər. Birlikdə bütün çətinliklərin öhdəsindən gələcəyik”,- deyə Ə. Həsənov qeyd edib.
Prezident köməkçisi deyib ki, Azərbaycanın inkişafı KİV, demokratiya və fikir azadlığı olmadan mümkün deyil.
“Azərbaycan demokratik dövlətdir. Burada insan hüquqlarına, fikir və söz azadlığına ciddi əməl edilir. Kim nə deyirsə desin, dövlətçiliyimizə qarşı hansı kampaniya aparırsa aparsın, Azərbaycandakı vəziyyət heç də başqa ölkələrdəkindən geri qalmır. Biz diskussiya və dialoq aparmağa hazırıq”,- deyə o qeyd edib.
Ə.Həsənovun sözlərinə görə, Azərbaycanda 5 mindən çox KİV orqanı qeydə alınıb.
“Azərbaycanda 50-dən çox radio və televiziya kanalı, 300-ə yaxın qəzet və 100 jurnal, onlarla elektron KİV, 300-dən çox internet portal fəaliyyət göstərir. Mövcud problemlərin düzgün işıqlandırılmasında medianın üzərinə böyük məsuliyyət düşür. Prezident İlham Əliyevin dediyi kimi, hökumət hər şeyi görə bilməz, buna görə KİV mövcud problemlərin aşkarlanaraq işıqlandırılmasında vacib rol oynayır”,- deyə o vurğulayıb.
Prezidentin köməkçisi bildirib ki, Milli Məclisin 125 deputatından 12-si parlamentə jurnalistikadan gəlib.
“Bu il milli mətbuatın yaranmasının 140 illiyi təntənə ilə qeyd edilib. Bununla əlaqədar olaraq 180-dən çox KİV nümayəndəsi orden, medal və fəxri adlarla təltif olunub”, - deyə o diqqətə çatdırıb.
R.Babayev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət