2016-cı ilin yanvar ayında Aşqabadda Xəzər dənizinin hüquqi statusuna dair Xüsusi İşçi Qrupunun 43-cü iclası keçiriləcək. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov yerli KİV-ə 2015-ci ilin yekunları ilə bağlı müsahibəsində bildirib.
“Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” layihəsinin hazırlanması üzrə Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi İşçi Qrupu formatında danışıqlar davam etdirilir. Xüsusi İşçi Qrupunun növbəti 43-cü iclasının gələn ilin yanvar ayında Aşqabadda keçirilməsi nəzərdə tutulur. Tərəflərin mövqeyində yaxınlaşmanın müşahidə edilməsinə baxmayaraq, bir sıra vacib məsələlər üzrə hələ də fikir ayrılıqları qalmaqdadır”, - deyə nazir bəyan edib.
E.Məmmədyarov vurğulayıb ki, Bakı və Həştərxanda keçirilmiş Xəzəryanı ölkələrin dövlət başçılarının Zirvə toplantılarında qəbul edilmiş mühüm əhəmiyyətli siyasi qərarlar “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” layihəsinin bir sıra prinsipial xarakterli müddəalarının razılaşdırılmasına öz töhfəsini verib.
O, həmçinin qeyd edib ki, növbəti Zirvə toplantısının gələn il Astanada keçirilməsi nəzərdə tutulur və Qazaxıstan tərəfi həmin tədbirdə “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın qəbul edilməsini hədəf kimi irəli sürür.
F.İsazadə
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank ilə biznes hədəflərinizə çatmaq asandır
“Bakcell”in Baş İcraçı Direktoru Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşüb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət