Qadın deputatların əsas vəzifəsi ictimai-siyasi proseslərdə fəal iştirakdan ibarətdir. Bu barədə Milli Məclisin vitse-spikeri Bahar Muradova hakim Yeni Azərbaycan Partiyasının (YAP) Qadınlar Şurasının parlamentin qadın deputatları ilə təşkil etdiyi görüşdə bəyan edib.
“Biz həqiqətdə seçicilərin etimadını doğrultmalıyıq. Beşillik deputatlıq dövrü ərzində fəaliyyətsiz qalmamalıyıq, Milli Məclisin qanunverici fəaliyyətində, ölkənin siyasi həyatında fəal iştirak etməliyik”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, qadınların əsas vəzifəsi mənəvi dəyərlərin müdafiəsi, gələcək nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır.
“Milli Məclisin 21 qadın deputatından 13-ü YAP-ın üzvüdür, bu da bizim üzərimizə əlavə məsuliyyət qoyur. Yəni, biz nəinki qadın, ana, həkim və müəlliməyik, biz siyasətçiyik. Zamanla ayaqlaşmalıyıq, bu da bizdən siyasi fəallıq tələb edir”, - deyə B.Muradova bildirib.
Milli Məclisin vitse-spikeri vurğulayıb ki, qadın deputatlar müxtəlif partiyalar, həmçinin beynəlxalq təşkilatların nümayəndələri ilə siyasi dialoqda fəal iştirak etməlidirlər.
R.Babayev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət